Rusiya İstanbul görüşünü təsdiqlədi
Prezident Qranada görüşündən imtina edib
Səbuhi Məmmədlinin ikinci ayağı da amputasiya edildi
Araik Arutyunyan belə saxlanılıb
İran sərhəddə öz müşahidəçilərini göndərir?
Məktəb qarşısında narkotika satan saxlanıldı
Şahramanyanın da həbs edildiyi bildirilir
Yeni dələduzluq forması yayılıb... - Azərbaycanda
Sumqayıtda bıçaqlanma: Saxlanılan var
Xoşbəxt Yusifzadə vəfat etdi


27.09.2017  10:12 

Avtovağzalda parkinqin qiyməti 4 manata çatdı





A+  A-

Bakı Beynəlxalq Avtovağzal Kompleksində bu qurumun ərazisinə daxil olan hər bir avtomobil sahibindən müddətindən asılı olmayaraq 1 manat ödəniş tələb edildiyi barədə xəbər vermişdik.
Əksəriyyət isə vəziyyətdən narazı idi. Narazılığa səbəb ödənişin 5 dəqiqə müddətinə əraziyə daxil olub, sərnişini götürdükdən sonra oranı tərk edənlərə də şamil olunması idi. Ödəniş etməyənlərin yolunu isə şlaqbaum kəsir...

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikası prezidentinin İşlər İdarəsinin balansına verilən Bakı Beynəlxalq Avtovağzal Kompleksi yenidən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına qaytarılıb.

XəzərNews.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Yaşar İsakov Modern.az-a avtovağzalın əsas girişində müasir ödəniş qurğuları quraşdırıldığını bildirib:

“Parkinqə daxil olan nəqliyyat vasitələri ilk 20 dəqiqə ödənişsiz dayanır. Artıq dayandıqda vaxta görə ödəniş edir.

20 dəqiqədən 2 saatadək – 1 manat;
2 saatdan 3 saatadək – 2 manat;
3 saatdan 6 saatadək – 3 manat;
6 saatdan 24 saatadək – 4 manat.

Avtovağzalın giriş hissələrində bu cədvəl əks olunub”.

Y.İsakov qeyd edib ki, sürücülərə təqdim edilən qəbz rəsmi sənəddir:

“Avtovağzalın yan hissəsindəki dayanacağa daxil olarkən, sürücülərə qəbz təqdim olunur, onun üzərində 1 manat ödəniş haqqı göstərilir. Bu rəsmi sənəddir və dövlət büdcəsinə müvafiq vergi ödənilir. Nəzərinizə çatdıraq ki, ərazi Avtovağzal Kompleksinə məxsusdur, ərazinin asfaltlanması, işıqlandırılması, yaşıllıq zolağının salınması, təmizlik işlərinin aparılması, nəqliyyat vasitələrinə nəzarət və həmçinin göstərilən xidmətlərə görə kommunal ödənişlər bu vəsaitlər hesabına aparılır”.

Qrurum rəsmisi onu da deyib ki, digər parkinqlərdən fərqli olaraq, yan dayanacaqda nəqliyyat vasitələrinin saxlanmasına vaxtından asılı olmayaraq 12 saatadək 1 manat ödənilir.

Xəbər 1142 dəfə oxunub.



04.10.2023  13:26 

Sabahın hava proqnozu açıqlanıb

04.10.2023  11:48 

Samuxda intihar hadisəsi baş verib

03.10.2023  23:17 

Xoşbəxt Yusifzadə vəfat etdi

03.10.2023  23:02 

Şükür... - Zalım qandallandı


BÜTÜN XƏBƏRLƏR +