Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


26.09.2017  10:17 

Füzuli RİHB Alı Alıyev Bakıda məskunlaşan rayon sakinləri ilə görüşüb





A+  A-

Prezident cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Füzuli rayonunda daim diqqət mərkəzində saxlanılır. Ölkə başçısının “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm”, “Xalqla dövlət məmuru hər zaman bir yerdə olmalıdır” sözlərinə uyğun olaraq Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemləri, təklif və qayğıları ilə maraqlanır.
XəzərNews.az xəbər verir ki, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev həftə sonu Bakı şəhərində məşkunlaşmış füzulili məcburi köçkünlərlə görüşüb, söhbət edib, onların problem və qayğılarını dinləyib. Alı Alıyev ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi olaraq rayon ərazisində və rayondan kənarda məskunlaşan məcburi köçkünlərlə görüşlər keçirildiyini bildirib. Qeyd edib ki, vətəndaşlarla yerlərdə keçirilən görüşlərdə əsas məqsəd qaldırılmış problemlərin yaranma səbəblərini, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir.
Görüşdə Füzuli rayonundan olan məcburi köçkünlərin müraciət və təklifləri dinlənilib. Bakı şəhərində məskunlaşan rayon sakinlərinin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yeməkxərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə verilən vahid aylıq müavinətin verilməsi ilə bağlı müraciətləri yerində araşdırılıb. Məcburi köçkünlərə dövlət tərəfindən verilən vahid aylıq müavinətin verilməsində və bununla bağlı vətəndaşların müraciətlərinə laqeyd münasibət bəsləməsinə görə rayon İcra Hakimiyyəti başçısının Füzuli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin vəzifəsində işləyən Hüseynova Ziyafət Çərkəz qızı vəzifəsindən azad edilərək aşağı vəzifəyə keçirilib.
Alı Alıyev aidiyyəti xidmət təşkilatlarına, icra nümayəndələrinə vətəndaşların müraciətlərinə diqqətlə yanaşmağı, onların ərizə və şikayətlərinə qanunamüvafiq qaydada baxılması ilə bağlı tapşırıq və tövsiyyələrini verib.
Görüşdə məcburi köçkünlər tərəfindən qaldırılan məslələrdən həlli mümkün olanları yerindəcə həll edilib, digər qaldırılmış məsələlər həll edilməsi üçün nəzarətə götürülərək aiddiyati üzrə göndərilmişdir.
Füzulili məcburi köçkünlər müraciətlərinin həmişə diqqət mərkəzində saxlanıldığı bildiriblər, ən böyük arzularının isə işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad olunması olduğunu qeyd ediblər.
Məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.








Xəbər 1287 dəfə oxunub.




28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +