Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


24.09.2017  12:25 

44 yaşlı kişi 9 yaşlı qızı zorladı - Bakıda dəhşətli hadisə





A+  A-

Bakıda azyaşlıya qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirli bilinən Tovuz rayon sakini, 1973-cü il təvəllüdlü Əhliman Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
XəzərNews.az Publika.az-a istinadən xəbər verir ki, Əhliman Əhmədov Tovuz rayonunda anadan olsa da, yetkinlik yaşına çatandan sonra Bakı şəhərinə köçüb.

Paytaxtda tikinti obyeklərində fəhləlik edən Əhliman Əhmədov Binəqədi rayonu, Biləcəri qəsəbəsində məskunlaşıb. Elə cinayəti də həmin qəsəbədə törədib.

İttihama görə, Əhliman Əhmədov gecə saatlarlında işdən çıxanda evlərinə yollanıb. Biləcəri qəsəbəsində 2008-ci il təvəllüdlü Səlimə Mehdiyevanı (ad və soyad şərti verilib – red.) görüb.

Əhliman Əhmədov Səliməyə saqqız almaq adı ilə orada olan marketin arxasına aparıb. Qaranalıq yerdə Əhliman azyaşlı qıza qarşı zorakılıq edib və paltarını soyundurmaq istəyib.

Bu zaman Səlimə Əhlimana müqavimət göstərib. Əhliman qızın ağzından yapışıb və səs-küy salmasına imkan verməyib. O, azyaşlını orada olan yarımçıq tikiliyə gətirib.
Orada qızı zorla soyunduraraq onunla cinsi əlaqədə olub. O, Səlimə ilə zorla cinsi əlaqədə olandan sonra ona hədə-qorxu gəlib.
Əhliman Səlimədən baş verən olayla bağlı valideynələrinə və başqa heç kimə deməməsini tapşırıb. Əks halda onun ata və anasını öldürməklə hədələyib.

Lakin təcavüzə uğrayan azyaşlı evlərinə gəlib. Qızının bu vəziyyətdə olduğunu görən ana ondan nə baş verdiyini soruşub. Azyaşlı bir nəfər tərəfindən təcavüzə məruz qaldığını anasına deyib.

Bundan sonra azyaşlının valideynləri baş verən olayla bağlı Binəqədi rayon Polis İdarəsinə şikayət ediblər. Onların şikayəti əsasında azyaşlıya qarşı seksual xarakterli hərəkət edən şəxs qısa müəddətdə müəyyən edilərək həbs edilib.

Əhliman Əhmədovun barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əhliman Əhmədov 9 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.

Hökmdən narazı qalan Əhliman Əhmədov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini istəyib. O, əməlinin Cinayət Məcəllənin 153.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində əxlaqsız hərəkətlər etmək) maddəsinə tövsif edilməsini, həmin maddə ilə islah işləri cəzasına məhkum edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Ə. Əhmədov bildirib ki, azyaşlını yarımçıq tikiliyə aparsa da, onunla təbii, qeyri-təbii yolla cinsi əlaqədə olmayıb. O, bildirib ki, orada azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər edib.

Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Faiq Qasımovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Əhliman Əhmədovun apelyasiya şikayəti əsassız hesab edilib və bu səbəbdən təmin edilməyib.

Bundan sonra Əhliman Əhmədov eyni tələblə kasasiya şikayəti verib. Onun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib.
Ciddi rejimli müəssisədə cəza çəkən məhkumun xahişi

Şikayət hakim Fərhad Kərimovun icraatında araşdırılıb. Hakim kollegiyası kasasiya şikayətini araşdıran zaman 11 saylı ciddi rejimli cəza çəkmə müəssisəsində cəza çəkən Əhliman Əhmədov məhkəməyə məktub ünvanlayıb.

Ə. Əhmədov məktububnda göstərib ki, o, kasasiya şikayətinə baxılmasından imtina edir. Hakim kollegiyası onun məktubunu məhkəmə iclasında elan edib.

Daha sonra hakim kollegiyası məhkumun xahişini nəzərə alıb və kasasiya şikatyətini baxılmamış saxlayıb.

Xəbər 1082 dəfə oxunub.



29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +