Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.09.2017  16:08 

Yataqxanadakı yanğında polis komandiri zəhərlənib





A+  A-

Bakıda yataqxanada yanğın olub.
XəzərNews.az-ın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.

İlkin məlumata əsasən, binanın üçüncü mərtəbəsində mənzildə 12 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı binadan 10 nəfər təxliyyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 09:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

***

Daxili İşlər Nazirliyi Bakıda yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 22-də saat 10:00 radələrində Yasamal rayonundakı yataqxanaların birinin 3-cü mərtəbəsində yanğın baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları və polis əməkdaşları hadisə yerinə gəliblər. Yataqxanadakı sakinlərin yanğından xilas edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər görülüb.

Bina sakinlərinin təxliyəsi zamanı yanğınsöndürənlərlə birlikdə olan Əlahiddə Çevik Polis Alayının manqa komandiri, polis baş serjantı Tural Əliyev də fəallıq göstərib. Lakin o, tüstüdən zəhərlənərək 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilib. Polis baş serjantı T. Əliyevə tibbi yardım göstərilib. Onun vəziyyəti normaldır, hal-hazırda xəstəxanada müalicəsi davam etdirilir.

Xəbər 3154 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +