Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


22.09.2017  14:21 

Erməni deputat Bakıya necə gəlmələrindən DANIŞDI





A+  A-

“Bizim bura gəlməyimizlə bağlı müəyyən məsələlər var idi. Avronest-in katibliyi və Azərbaycanın Avronest-dəki katibliyi tərəfindən təşkilati məsələlərdə hansısa maneələr olurdusa, onlar dərhal həll edilirdi.
Qalacağımız mehmanxananın administratoruna izah etmək çətindir ki, ermənistanlı parlamentarilər forumda çıxış edəcək. Bunlar həll olundu. Aviaşirkətlə bağlı, Gürcüstan-Azərbaycan sərhədində texniki problemlər oldu. İnanmırdılar ki biz Bakıya gedirik. Amma hamısı həll olundu. Mən əminəm ki bunlar daha çox siyasi motivli deyildi. Daha çox onunla bağlı idi ki, Ermənistan nümayəndə heyətinin periodik səfəri olmur”.

XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan deyib.

Erməni deputat bildirib ki, münaqişə nəticəsində ölkələrimiz arasında ünsiyyət intensivliyi hələlik yox dərəcəsindədir.

“Təhlükəsizlik məsələləri məni narahat etmirdi. Biz ona görə gəldik ki, Avronest bizim üçün vacib platformadır. Ermənistan Avropa İttifaqı ilə yeni saziş imzalamağa hazırlaşır. Biz gəldik ki, gender bərəbərliyi məsələsi bizim üçün vacibdir. Biz həm də ona görə gəldik ki, bir tədbir təbliğat və anti-Ermənistan ritorikası üçün istifadə oluna bilərdi.

Avropalı parlamentarilərin burda olmasından istifadə edərək Azərbaycanda müəyyən rəsmi şəxslər buradan əlavə şans kimi istifadə edə bilərdilər. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərəzli fikirlər təqdim edə bilərdilər. Təəssüf ki, bəzi çıxışlarda belə ritoriklar olurdu. Bunların heç mövzuya aiddiyyatı yoxdur”.

Deputat qeyd edib ki, onlar Bakıya Dağlıq Qarabağ məsələsini müzakirə etməyə gəlməyiblər.

“Bakı çoxmillətli şəhər olub. Bakı həmçinin böyük erməni icmasının şəhəri olub. Burada erməni icması mədəniyyət, elm, iqtisadiyyat, təhsildə iz qoyub.

Bakı şəhərinin tarixinə baxsanız görərsiniz ki, ermənilər bu şəhərin ayrılmaz hissəsi olub. Mən Bakını bu günə kimi erməni mədəni, elmi, iqtisadi, irsinin olduğu şəhər hesab edirəm.

Baxmayaraq ki təəssüf ki, erməni kilsəsi fəaliyyət göstərmir. Mən burada özümü zaman maşınında hiss edirəm. Biz öz məsələlərimizi müasir insanlar kimi həll etməliyik. Siyasətdən çıxsaq və ailə, cəmiyyət səviyyəsində düşünsək, inanmıram ki, bu ölkələrdə elə bir insan olsun ki, müharibədən qorxmasın və itirməli heç nəyi olmasın”.
Erməni deputatın sözlərinə görə, o, Şuşada da olub.


"Orada məsciddə olmuşam. Bilirəm ki, iranlı memarlar rekonstruksiyada Ermənistanın müvafiq institutlarına kömək edirlər. Çünki məscidin buna ehtiyacı var”.

Armen Aşotyan deyibki, guya, Ermənistanda Azərbaycan mədəni irsi qorunur. “Siz bizə inanmırsınızsa, gəlin özünüz kadrlar çəkin. Mən parlamentin deputatı kimi Azərbaycan televiziyasının nümayəndəsini İrəvana, Şuşaya dəvət edirəm”.

Azərbaycanda səfərdə olan Ermənistan parlamentinin üzvləri Bakıda gəzintiyə çıxacaqlar.

Bunu erməni deputat Mane Tandilyan deyib.

“Sabah biz Bakıda müxtəlif yerləri gəzəcək və baxacağıq ki, erməni irsi necə qorunub”.

Qeyd edək ki, erməni deputatlar Mane Tandilyan və Armen Aşotyan “Dayanıqlı İnkişaf Məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə “Şərq Tərəfdaşlığı” ölkələri parlamentlərinin cəlb edilməsi” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdədirlər.


Xəbər 1124 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +