Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


21.09.2017  12:56 

Vüsal Novruzov kimdən gizlənir?- Bakı Baş Gömrük İdarəsində “qara pərdə”





A+  A-

Azərbaycanda İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, dövlət qurumlarının həyata keçirdiyi müxtəlif xidmətlərin elektronlaşması, məmur-vətəndaş təmaslarının minimuma endirilməsi istiqamətində son illərdə böyük işlər görülüb. Xüsusilə sosial-iqtisadi bloka daxil olan dövlət qurumları vətəndaşların, sahibkarların bu və ya digər idarələrə getmədən zəruri sənədləşmələri həll edə bilməsi üçün öz İnternet saytlarında əlverişli imkanlar yaradırlar.
Bir qayda olaraq, əsas əhəmiyyətli mərkəzi dövlət qurumlarının Bakı idarələri öz saytlarını yaradaraq, ölkə həyatında müstəsna yeri və rolu olan paytaxt əhalisinin problemlərinə xüsusi diqqət yetirirlər. Ayrıca sayt olmadıqda belə, mərkəzi qurumun saytında Bakı idarəsi üçün xüsusi bölmə yaradılır, orada idarənin fəaliyyəti, rəhbərliyi, mütəxəssisləri ilə bağlı əlaqə imkanları da daxil olmaqla geniş məlumatlar yerləşdirilir. Bakı Baş Təhsil İdarəsi, Bakı Şəhər Baş Polis İdarəsi, Bakı Vergilər Departamenti, Bakı Şəhər Prokurorluğu və sair qurumlar buna bariz nümunələrdir. Belə ki, ilk 2 idarənin ayrıca və çox aktiv fəaliyyət göstərən saytları mövcuddur. Bakı Vergilər Departamentinin rəisindən tutmuş, sıravi mütəxəssislərinə qədər bütün heyəti barədə geniş məlumat yerləşdirilib. Bakı Şəhər Prokurorluğu barədə də Baş Prokurorluğun saytında ətraflı məlumat və əlaqə vasitələrinə rast gəlmək mümkündür.
AFN-in araşdırmaları göstərir ki, ölkədə sahibkarların aktiv əlaqədə olduğu 2 əsas qurumdan biri olan gömrüklə bağlı belə xoş sözləri söyləmək mümkün deyil. Belə ki, ölkə iqtisadiyyatının baş lokomotivi olan Bakının sahibkarları ilə işləyən Bakı Baş Gömrük İdarəsinin İnternet saytı mövcud deyil. Hətta Dövlət Gömrük Komitəsinin İnternet saytında da idarənin adı yalnız bir yerdə - Komitənin strukturu bölməsinin ərazi idarələri altbölməsində keçir. İnternet üzərindən İdarənin fəaliyyəti, qəbul günləri, müxtəlif sahələrə cavabdeh olan şəxslərin, idarə rəisinin və onun müavinlərinin əlaqə vasitələri barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Söhbət ölkə iqtisadiyyatının az qala 90 faizdən çoxunun cəmləşdiyi bir şəhərin Gömrük İdarəsindən gedir. O idarədən ki, gündə yüzlərlə, hətta minlərlə sahibkar ora müraciət etməli olur.
Bakı Baş Gömrük İdarəsinin bu qədər qaranlıq pərdəsinə bürünməsinin, öz fəaliyyəti barədə məlumat açıqlığından yayınmasının səbəbi nədir? Nədən idarənin rəisi, gömrük general-mayoru Vüsal Novruzov rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı ən kiçik məlumatların belə açıqlanmasında maraqlı deyil? Niyə minlərlə sahibkar gömrüklə bağlı hər xırda işə görə bilavasitə idarənin özünə getməli olur? Suallar çoxdur və onlara hansısa cavab almaq mümkün olmadı. Belə ki, İdarə rəhbərliyindən kiminləsə əlaqə saxlamaq cəhdimiz alınmadı – nə rəisin, nə də müavinlərin əlaqə vasitələrini tapa bilmədik – onlar heç yerdə qeyd olunmayıb.
Qeyd edək ki, Bakı Baş Gömrük İdarəsinin fəaliyyətindəki bu qapalılığın aradan qaldırılması birbaşa V.Novruzovdan asılı məsələdir. Təcrübə göstərir ki, açıqlığa, şəffaflığa meylli olan məmurlar hər bir şəraitdə onu təmin etməyi bacarırlar. İndiyədək Azərbaycanda hansısa məmurun rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə informasiya açıqlığı yaratdığına görə cəzalandırıldığı olmayıb. Yəni V.Novruzovun marağında olsaydı, idarənin fəaliyyətinə dair bütün məlumatlar əlçatan olardı. Burada Gömrük Komitəsinin sədri Aydın Əliyevlə V.Novruzov arasında gərginliyin olması faktının (son vaxtlar bu barədə KİV-lərdə çoxsaylı məlumatlar yer alır – red.) rol oynaması inandırıcı görünmr. Necə ki, V.Novruzov 7 ildə 2 dəfə inzibati bina tikdirməyə nail olub, eləcə də İdarənin saytını yarada, orada sahibkarlar üçün əhəmiyyətli olan proseslər və şəxslər barədə məlumat yerləşdirə bilər. Xatırladaq ki, Bakı Baş Gömrük İdarəsinin əvvəlki inzibati binası 2009-cu ildə istifadəyə verilmişdi. Üstündən 7 il keçəndən sonra - ötən ilin mayında idarə yeni və əvvəlkindən onqat dəbdəbəli binaya köçdü. Hər iki halda binaların neçəyə və hansı vəsaitlər hesabına inşa edildiyinə dair məlumatlar da açıqlanmadı. Hər iki halda açılış mərasimində V.Novruzov yeni binanın iş prosesinə böyük müsbət təsiri olacağını, sahibkarlar üçün ideal şəraitin yaradıldığını elan etdi, elektronlaşmadan danışdı. Hansı ki, sahibkarlar birbaşa onun özünə elektron müraciət göndərmək imkanından məhrumdurlar. İdarədə hansısa problemlə üzləşən sahibkarın V.Novruzovla yeganə təmas imkanı idarənin binasına getməklə yarana bilər. O da bir halda mümkündür ki, qəbul qrafiki heç yerdə açıqlanmayan rəis onunla görüşmək istəsin...
Bakı ərazisində 12 gömrük postunun işinə rəhbərlik edən bir məmurun sahibkarlarla, vətəndaşlarla ünsiyyətdən niyə yayındığını bilmək maraqlı olardı.

P.S. Sahibkarlardan daxil olan xeyli sayda şikayət var ki, AFN-də məhz qarşı tərəfin mövqeyi olmadığı üçün verilməyib. Lakin bundan sonra həmin şikayətlər işlənərək dərc ediləcək. Ümid edirik ki, prezident İlham Əliyevin birbaşa nəzarətində olan sahibkarlıq sahəsi ilə bağlı problemləri onun dostları olaraq işıqlandırmamız ümumi işə daha böyük töhfə verər, nəinki V.Novruzov kimi işinə biganə məmurların ucbatından arxivdə saxlamaq.

Xəbər 1631 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +