Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...


20.09.2017  16:08 

Masazırda itlər kişini parçaladı





A+  A-

Abşeron rayonu, Masazır qəsəbəsində sahibsiz itlər 65 yaşlı Eldar Zamanova hücum ediblər.
XəzərNews.az xəbər verir ki, bu barədə Ölkə.Az-a E.Zamanovun oğlu Natiq Zamanov məlumat verib. Onun sözlərinə görə, hadisə qəsəbənin Cantəpə adlanan məhəlləsində baş verib: "Burada çoxlu sahibsiz itlər var. May ayında yaxınlıqdakı məktəbə də hücum etmişdilər. Hətta 5-6 uşaq da xəsarət almışdı. Amma bu barədə heç yerdə xəbər verilmədi, heç bir tədbir də görmədilər. Dünən də sahibsiz itlər 65 yaşlı atama hücum ediblər. Təzəcə ürək əməliyyatı keçirib, iki dəfə infarkt olub. İtlər atamın başını dişləyib, qollarını parçalayıb. Hazırda "Semaşko"dadır".

N.Zamanov bildirib ki, sözügedən problemə görə məhəllədəki məktəblilər dərsə getmək istəmirlər: "Çünki hər an təhlükə var. Xahiş edirəm, bu məsələni ictimailəşdirin. Bəlkə, aidiyyəti qurumlar bir tədbir görərlər".

Xəbər 1578 dəfə oxunub.



18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +