XİN-dən Sarkisyana sərt CAVAB
Zakir Həsənov Belarusa gedir
Rusiya ilə ABŞ arasında yeni QALMAQAL
Bakı – Tbilisi aviareysi ləğv edildi
1 milyon dollarlıq siçan
Rezidenturaya sınaq imtahanı keçiriləcək
DTX yol polisini işdən qovdurdu
“WhatsApp”dan daha bir yenilik
“Mən çox qorxuram“ - Anar
Azərbaycanda Komitə sədri vəfat etdi

      

20.09.2017  10:08 

“Oğlu 2 rükət namazı güclə qılır, ondan Şeyxülislam olar?”





A+  A-

XəzərNews.az şeyxin qudası, son günlər oğlunun həbsi ilə bir daha mətbuatın gündəminə gələn sabiq deputat Hacı Qalib Salahzadənin "Yeni-Müsavat"a müsahibəsini təqdim edir:
- Hacı, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Şeyxlə bağlı yazılara cavab olaraq yaydığı bəyanatı oxudunuzmu?

- Oxudum. Sizə bir söz deyim: Qafqaz Müsəlmanları İdarəsi nə deyirsə, düz deyir. Şeyx nə deyirsə, tamamilə düz deyir. Mənim heç bir əlavəm yoxdur...

- Amma bəyanatda sizə ünvanlı da gizli bir eyham var. Belə çıxır ki, sizin Şeyxlə münasibətinizdə hansısa problemlər yaranıb?

- Mənim Şeyxlə münasibətlərimdə nə problem ola bilər? Heç bir problem yoxdur. (Gülür). Ağsaqqaldır, belə məsləhət bilir, belə də deyir.

- Son günlərdə Şeyxlə görüşünüz, ya telefon danışığınız olubmu?

- Telefon danışığımız olub. Amma görüşümüz olmayıb.

- Dediklərinizə görə sizə iradları oldu yəqin...

- Yox e. Nə irad? Dediklərimə görə mənə heç kim irad tutmur. Belə məsləhətdir, qurtardı getdi də.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında Şeyxin oğlunun ölkəni birdəfəlik tərk etməsi ilə bağlı yayılan xəbərlərlə bağlı deyilir ki, “QMİ sədri və ailəsi ilə bağlı informasiyaları yalnız sədrin özü və ya oğlu, lazım bildikləri halda, gündəmə gətirmək haqqına malikdirlər. Ailədaxili məsələlərlə bağlı ailəyə yaxın digər şəxslərin məlumat yaymaq və ya hər hansı məlumatlara şərh vermək hüququ yoxdur”. Bu, sizə ünvanlanmış mesajdır...

- Şeyxin oğlunun Türkiyəyə getməsi düzdür. Amma deyir elə-belə gedib. Mən elə bilirdim birdəfəlik köçüb. Amma onlar deyirlər ki, yox, müvəqqəti gedib, işləri var, qayıdacaq.

- Hacı, necə bilirsiniz, Şeyxin adı niyə bu qədər geniş hallandırılır? Burada məqsəd-məram nə ola bilər?

- Onu Şeyxin özündən soruş da...

- Özü ilə danışmaq imkanımız yoxdur təəssüf ki...

- Vəssalam da.

- Qafqaz Müsəlmanları İdarəsinin bəyanatında bildirilir ki, bu yayılan dezinformasiyaların “erməni kəşfiyyat orqanları tərəfindən yayılması” istisna olunmur...

- Yəqin Şeyx bir şey bilir ki, elə də deyir. Yoxsa mən Bilgəhdən qırağa çıxmıram. Nə bilim ki, nə var-nə yox. Şeyx bir şey bilir ki, belə deyir.

- Bütün bunları QMİ-nin ləğv olunması planının tərkib hissəsi sayanlar var. Eyni zamanda Şeyxin biznesinin davasının getdiyi versiyası səslənir. Bir ehtimal da bundan ibarətdir ki, sizin “Şeyxin varisi oğludur” sözləriniz ona qarşı təzyiqləri artırıb. Bu barədə nə deyə bilərsiniz?

- Keçən dəfə jurnalist məndən soruşdu ki, Şeyxin varisi kim ola bilər? Dedim ki, mənim varisim oğlum deyil? Şeyxin də varisi oğlu olar da... Yəni Şeyxin var-dövləti oğluna qalar da. Sonra sözü fırlatdılar ki, Şeyxin varisi oğlu olacaq. Bu uşaq iki rükət namazı güclə qılır, ondan Şeyxülislam olar? Mən necə o uşağı Şeyx kimi nəzərdə tuta bilərəm? Şeyxin özündən başqa kim bilir ki, kim savadlıdır, kim savadsızdır?

- Hər halda, Şeyx istefa verməyə hazırlaşmır, eləmi?

- Şeyx cavan adamdır, nə istefa, nə bir şey! (Gülür). Xahiş edirəm, bütün bunlar barədə onun özündən soruşun...

- Oğlunuzun həbsi barədə mətbuata geniş danışmısınız. Hazırda vəziyyət necədir?

- Oğlumun bir dənə təqsiri var, o da Hacı Qalibin oğlu olmağı. Vəssalam, şüttamam. Yoxsa bu adamlar bayram günü gəliblər, qapını döyüblər, pul tələb ediblər...

- Nə qədər su pulu borcu olub ki, məsələ bu qədər böyüyüb?

- Guya 69 manat su pulu borcu olub. Onu da ayda, ya ay yarımda bir dəfə qoca kişi var, pulu alır, sonra qəbzi gətirir. Bu gələnlər isə nə su pulu yığandır, nə də... Oğlanın anası çıxıb bayıra, görüb 3 nəfər qapıda dayanıb. Soruşub ki, kimsiniz? Deyiblər biz su idarəsindənik. Deyib axı, bir kişi gəlib su pulunu aparır. Deyiblər bundan sonra biz pulu yığacağıq. Qayıdıb ki, ay balam, sayğac var, biz özümüz gedib ödəməliyik, siz kimsiniz? Qayıdıb ki, “ağzının danışığını bil”. Kəlmə-kəlmə deyirəm sənə... Bir sözlə, anasını təhqir edib. Oğlan da çıxıb bayıra. Müdaxilə edəndə deyiblər ki, sən kimsən? Əlini uzadıb ona sarı. Bu da bir dənə çəkib, çənəsi sınıb. Bu adamı həkimə aparıblar, əməliyyat etdiriblər. Onlar da kişi adam çıxdılar, dedilər ki, biz şikayət etmirik. Yazılı şəkildə tədqiqatçı Əziz Əzizova yazıblar ki, bizim bu adamdan şikayətimiz yoxdur. 10 gündən sonra isə prokurorluq başlayıb ki, sən vəzifə başında olan adamı vurubsan. 315.2 maddəsini veriblər. Hansı ki, dövlət qulluqçusu, ya polisə qarşı eyni hərəkət olsa, bu maddə düşürdü. Amma heç su idarəsinin rəisi də dövlət qulluqçusu deyil. Götürüb yükləyiblər buna ki, dövlət qulluqçusunu döyüb.

- Hesab olunur ki, Şeyxin Çexiyadakı biznesi ilə bağlı məlumatların yayılması, oğlunun Türkiyəyə köçməsi ilə eyni vaxtda onun qudasının oğlunun həbs olunması arasında əlaqə var. Bu cür fikirlər barədə nə deyə bilərsiniz?

- Mənim oğlumun məhkəməsi sentyabrın 13-ü, axşam saat 8-də olub.

- Bu hadisələr arasında əlaqə görürsünüzmü?

- Əşi, yox e.

Xəbər 1051 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

20.02.2018  19:15 

Evdən 7900 manat oğurladılar

20.02.2018  18:25 

XİN-dən Sarkisyana sərt CAVAB

20.02.2018  17:55 

Bakıda 21 miqrant saxlanıldı

20.02.2018  17:24 

Manatın sabahkı MƏZƏNNƏSİ

20.02.2018  17:08 

Avtobus aşdı,10 nəfər öldü

20.02.2018  14:23 

Zakir Həsənov Belarusa gedir

20.02.2018  14:12 

İŞİD Əfqanıstana köçür

20.02.2018  13:05 

1 milyon dollarlıq siçan

20.02.2018  12:37 

Qəbirdə 11 gün diri qalıb

20.02.2018  12:24 

Bakıda avtomatlı şəxs tutuldu


BÜTÜN XƏBƏRLƏR +