Müdafiə Nazirliyində yeni təyinat
Bakıda 553 küçə dezinfeksiya edildi
Daha 10 şagirddə koronavirus aşkarlandı
Yoluxanların sayı artdı
Qanunsuz özəl mühafizə fəaliyyəti aşkarlandı
Ermənilər atəşkəsi 48 dəfə pozdu
Ər-arvad evində bıçaqlandı
Xarkovda matəm elan olundu
İctimai nəqliyyat iki gün işləməyəcək
Baş Nazirdən təhsillə bağlı yeni qərar


19.09.2017  09:46 

Füzulidə 70 tondan artıq pambıq toplanılıb





A+  A-

Prezident cənab İlham Əliyevin yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlarından biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.
XəzərNews.az xəbər verir ki, ölkə başçısının tapşırıq və tövsiyyələrinə uyğun olaraq bu il Füzuli rayonunda 2050 ha ərazidə pambıq əkilib. Pambıq əkilən 2050 ha sahəsi MKT İK MMC, Füzuli Kənd Təsərrüfatı MMC, CTS AQRO MMC ilə müqavilə bağlanılmaqla becərilib. Əkilən pambıq sahələrinə lazımı aqrotexniki qulluq göstərilib, mineral gübrələr verilib, vaxtlı-vaxtında suvarma suyu ilə təmin edilib. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilib, onların məşğulluğu təmin edilib. Pambıq sahələrinə göstərilmiş lazımi aqrotexniki qulluq nəticəsində pambıq tarlalarında bol məhsul yetişdirilib.
Hazırda rayonda pambıq yığımına başlanılıb. Bu günə kimi rayon ərazisində əkilmiş pambıq sahələrindən 70 tondan artıq məhsul toplanaraq pambıq tadarükü məntəqələrinə təhvil verilib. Orta məhsuldarlıq isə 23-25 sentner olub. Havaların əlverişli keçməsi isə pambıq sahələrindən məhsulun tez və itkisiz yığımasına şərait yaradır. Rayon ərazisində kilmiş 2050 ha sahədə füzulili pambıq istehsalçıları tərəfindən 4000 tona yaxın məhsul yığılması gözlənilir. Rayonda pambıq əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılır. İnsanların məşğulluğunun təmin edilməsi, onların maddi rifah hallarının yaxşılaşdırılması üçün daha çox əl əməyinə üstünlük verilir ki, bu işə də minlərlə rayon sakini cəlb edilir. Rayonda pambığın tez və itkisiz yığımını təşkil etmək məqsədilə bütün maşın və mexanizmlər, pambıqyıganlar hazır vəziyyətə gətirilmiş və bu sahədə işlərin operativliyini təmin etmək məqsədilə qərargah yaradılıb.
Rayonun pambıq istehsalçıları yığdıqları məhsulu MKT İK MMC-nin pambıq tədarükü məntəqəsinə o cümlədən rayon ərazisində tikilən pambıq qəbulu məntəqəsi təhvil verirlər.







Xəbər 733 dəfə oxunub.



26.09.2020  17:12 

Rusiyada rekord göstərici

26.09.2020  16:49 

Yoluxanların sayı artdı

26.09.2020  14:06 

Livanın Baş Naziri istefa verdi

26.09.2020  11:25 

Ər-arvad evində bıçaqlandı

26.09.2020  10:07 

Xarkovda matəm elan olundu


BÜTÜN XƏBƏRLƏR +