Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


18.09.2017  16:08 

Valideynlər diqqətli olsun - Bu ərzaqlara bufetdə qadağa qoyuldu





A+  A-

Artıq yeni tədris ili başlayıb. Həmişə olduğu kimi, yenə də məktəb bufetlərinin vəziyyəti aktuallığını saxlayır. Ötən dərs ilindəki müşahidələr göstərdi ki, bəzi məktəb bufetlərində saqqızdan tutmuş müxtəlif qazlı içkilərə qədər hər şeyə rast gəlmək mümkündür.
Maraqlıdır, məktəb bufetlərin hansı ərzaqların satılması qadağan edilib?

XəzərNews.az xəbər verir ki, bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Modern.az saytının sorğusunu cavablandırıb. Belə ki, verilən rəsmi məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin bufet və yeməkxanalarına nəzarət işi mütəmadi olaraq yerinə yetirilir. Məktəb bufetlərinə verilən yeməklər bütün məktəblərdə eyni deyil. Bir çox məktəblərdə şagirdlərə isti yeməklər təklif olunur.

Ümumi təhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsullar isə bunlardır:

İstifadə müddəti bitmiş və aşağı kefiyyətli qida məhsulu.
Bir gün əvvəl hazırlanmış qida.
Xarab olma əlamətləri ilə meyvə-tərəvəz məhsulları.
Baytarlıq nəzarətindən keçməmiş kənd təsərrüfatı heyvanlarının, balıqların və kənd təsərrüfatı quşlarının bütün növlərinin əti, içalat məhsulları.
İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla).
İçalatı təmizlənməmiş quş.
Vəhşi heyvanların əti.
Suda üzən quşların yumurtası və əti.
Qabığı çirklənmiş yumurta və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta.
Germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər.
Termiki emala məruz qalmayan yaxıl noxud.
Çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar.
Ev şəraitində hazırlanmış istənilən qida məhsulu və konservlər.
Kremli şirniyyat məmulatları (piroq və tortlar).
Termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama.
Ev şəraitində hazırlanmış qatıq.
Göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları).
Termiki emala məruz qalmayan içkilər və morslar, kvas.
Kənd təsərrüfatı heyvanlarının xəstəliyinə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadımamış süd.
Təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq.
Termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər.
Sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar.
Istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr.
Təbii kofe, alkoqollu, energetik içkilər.
Kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar.
Qazlaşdırılmış içkilər.
Bitki yağları əsasında süd məhsulları və dondurma.
Saqqız, çipslər.
Tərkibində etalon olan (0,5 faizdən artıq) qımız və türş süd məhsulları.
Ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studentlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərinə şirə tökülmüş ətli və balıqlı yeməklər.
Yumurtalı makaronlar, qayğanaq.
Çox miqdarda yağ doldurulmuş dərin qablarda qızardılan piroqlar və ponçiklər.

Xəbər 977 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +