Bəzi qanunların dili olduqca çətindir - Sabir Rüstəmxanlı
Mehdiyev-Kərimli birliyi: Gizli əlaqələr, birgə “layihə“lər...
Büdcəyə gömrük daxilolmaları niyə azalıb?
Kimlərə 8 min manat müavinət veriləcək?
Tibbi Sığorta ilə dərmanları necə alacağıq?
Prezident Əliyev Əraqçı ilə nədən danışıb?.. - QƏBUL
Şüeyb Bəhmən yenə cəfəng iddialar səsləndirib
Pirəkəşkül və Ağdərədə partlayış olacaq - Rəsmi
Əraqçi Prezident İlham Əliyevlə görüşüb
Əbülfəs Qarayevin qızı məhkəməyə verilir


15.09.2017  16:57 

Ərzaq, içki və tütün üçün 11 milyard xərclənib





A+  A-

2017-ci ilin yanvar-avqust aylarında pərakəndə ticarət şəbəkəsində satılmış məhsulların dəyəri əvvəlki ilin eyni dövrünün səviyyəsini müqayisəli qiymətlərlə 2,0 faiz üstələyərək 21,7 milyard manata bərabər olub.
XəzərNews.az xəbər verir ki, Dövlət statistika Komitəsinin hesablamalarına görə, ticarət dövriyyəsinin 11,0 milyard manatını ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10,7 milyard manatını qeyri-ərzaq məhsulları təşkil edib və satılmış məhsulların dəyəri 2016-cı ilin yanvar-avqust aylarının göstəricilərini real ifadədə müvafiq olaraq 1,2 faiz və 2,8 faiz üstələyib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 45,7 faizi ərzaq məhsullarının, 4,9 faizi içkilər və tütün məmulatlarının, 18,0 faizi toxuculuq məhsulları, geyimlər və ayaqqabıların, 6,3 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil yanacağının, 1,4 faizi əczaçılıq və tibbi malların, 0,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,9 faizi isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Xəbər 3405 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +