Navalnı aclıq aksiyasını dayandırdı
Daha bir həkim həbs olundu - RƏSMİ
Yoluxanların sayı 2 mindən aşağı düşdü
Orucun elmdə sübut olunmuş FAYDALARI
Zahid Oruc dövlət qurumlarını TƏNQİD ETDİ
ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır
Daha bir avtobus “BakıKart”a keçdi
Koronavirusa yoluxma sayı 145 milyonu ötdü
Zəngilanın Nəcəflər kəndi - VİDEO
BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi


13.09.2017  10:15 

İcra hakimiyyəti şəhid ailələrinə bataqlıq verib





A+  A-

Sumqayıt şəhərində yaşayan bir qrup şəhid ailəsi onlara verilən torpaq sahələri ilə bağlı narazıdır.
XəzərNews.az xəbər verir ki, bu haqda xeberle.com-a şəhid ailəsi üzvü Zaur Məmmədov deyib. Onun sözlərinə görə, bir neçə il öncə şəhid ailələrinin Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciətinə əsasən, onlara Sumqayıt şəhər Bələdiyəsi tərəfindən Yaşıldərə yaşayış massivinin 5 və 6-cı məhəllələrindən torpaq sahəsi verilib. Buna baxmayaraq, şəhid ailələrinin böyük bir qismi ərazinin bataqlıq və qamışlıqla dolu olduğuna görə orada nəinki ev tikə, heç yaxınlaşa da bilmirlər. Şikayətçinin sözlərinə görə, şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ayrılan torpaq sahəsindən istifadənin mümkün olmaması narazılıq yaradıb: "Bəlkə də 10 il öncə şəhid ailələrinə həmin torpaq sahəsi bir o qədər də vacib deyildi, ancaq artıq şəhid övladları böyüyüblər, ailə qurublar, onların mənzilə ehtiyacı yaranıb. Bizim istəyimiz odur ki, şəhər icra hakimiyyəti, bələdiyyə həmin əraziyə əl gəzdirsin, normal vəziyyətə gətirsin. Bununla şəhid ailələrinə dövlət tərəfindən göstərilən qayğı siyasətini davam etdirmiş olarlar”.

Sözügedən məsələylə bağlı sayt Sumqayıt şəhər Bələdiyyəsi ilə əlaqə saxlayıb. Bələdiyyədən verilən məlumata görə, bəzi ərazilərdə həmin bataqlıqlar qurudulub: "Bu iş davam edəcək. Bütün bu cür bataqlıq olan ərazilər qurudularaq tam olaraq istifadəyə yararlı vəziyyətə gətiriləcək. Bununla bağlı layihələndirmə işi aparılır”.



Xəbər 1178 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.04.2021  13:46 

Sabah Bakıda güclü külək olacaq

23.04.2021  10:08 

Bayden sabah nə deyəcək?


BÜTÜN XƏBƏRLƏR +