Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


10.09.2017  14:12 

İlham Əliyev Astana sammitində iştirak edir





A+  A-

Qazaxıstanın paytaxtı Astanada İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammiti işə başlayıb.
XəzərNews.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb.

Sonra birgə foto çəkdirilib.

İslam Əməkdaşlıq Təşkilatının elm və texnologiya üzrə birinci Sammiti Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ötən ilin aprelində İƏT-in İstanbulda keçirilən XIII zirvə toplantısında irəli sürdüyü təşəbbüsə əsasən təşkil olunub.

İƏT-in elm və texnologiya üzrə birinci Sammitində təşkilata üzv olan 57 ölkənin dövlət və hökumət başçıları, elm və texnologiya məsələləri üzrə məsul nazirlər, müşahidəçi ölkələrdən, eləcə də beynəlxalq təşkilatlardan 80-dək nümayəndə heyəti iştirak edir.

Sammit müqəddəs “Qurani-Kərim”dən ayələrin oxunması ilə başladı.

Sammitin açılış sessiyasında çıxış edən Qazaxıstan Prezidenti Nursultan Nazarbayev son zamanlar İslam ümmətinin çətin sınaqlarla üzləşdiyini, müsəlman ölkələrində ekstremist və terrorçu təşkilatların yayıldığını təəssüf hissi ilə qeyd edərək bildirdi ki, bundan daha çox İslam ölkələri əziyyət çəkir.

Eyni zamanda, bu, Qərb ölkələrində islamafobiya meyillərinin, eləcə də müsəlmanlara qarşı zorakılığın artmasına səbəb olur. Myanmada müsəlmanlara qarşı yaşanan kütləvi zorakılıq hallarının İslam ölkələrində dərin narahatlıq doğurduğunu ifadə edən Qazaxıstan Prezidenti bu problemin dialoq yolu ilə BMT-nin əsas prinsipləri əsasında həll edilməsinin vacibliyini bildirib. Prezident Nursultan Nazarbayev İslam ölkələrində elmin və texnologiyanın inkişaf etdirilməsi üçün beynəlxalq platformanın yaradılmasının və bu sahədə Qərb ölkələri ilə səmərəli əməkdaşlığın qurulmasının vacibliyini qeyd edib və bu baxımdan belə sammitlərin əhəmiyyətini vurğulayıb. Nursultan Nazarbayev bu Sammitin İslam dünyasında əməkdaşlığın inkişafına təkan verəcəyinə əminliyini bildirib.

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn və digər dövlət başçıları çıxış ediblər.
Sammit işini davam etdirir.

Astana Sammiti İƏT ölkələri arasında elm, texnologiya, innovasiya və modernləşmə sahələrində əməkdaşlığı inkişaf etdirmək, İslam dünyasının potensialını genişləndirmək məqsədini daşıyır. Sammitin yekununda İslam dünyasının elmi və texnoloji inkişafı üçün siyasi dəstək prosesinin başlanmasını nəzərdə tutan Astana Bəyannaməsi qəbul ediləcək.

Sammitdə zəngin təbii resurslara malik olan müsəlman ölkələrində yoxsulluq, aclıq, işsizlik problemlərinə, eləcə də elm, təhsil, texnologiya sahələrində inkişaf məsələlərinə dair müzakirələr aparılacaq. Bununla yanaşı, müsəlman ölkələrində gənclərin üzləşdikləri problemlər, onların elm və təhsil sahələrinə daha geniş cəlb edilməsi, habelə zorakı ekstremizm, terrorizm ilə mübarizə məsələləri ətrafında da fikir mübadiləsi aparılacaq.

Xəbər 1340 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +