Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


06.09.2017  14:06 

DADP sədri: “Qərbdə Azərbaycana qarşı qarayaxma kampaniyaları davam edir”





A+  A-

“Əfsuslar olsun ki, müstəqillik illərində biz dəfələrlə şahidi olmuşuq ki, bəzi ölkələrin istər siyasi rəhbərliyi tərəfindən, istərsə də media qurumları və lobbi təşkilatları tərəfindən Azərbaycana qarşı zaman-zaman qarayaxma kampaniyası aparılıb və indinin özündə də Qərbdə Azərbaycana qarşı qarayaxma kampaniyaları davam etməkdədir. Söhbət “The Organized Crime and Corruption Reporting Project” (OCCRP) adlı qurumun Böyük Britaniyanın “Gurdian” nəşrində, eləcə də Avropanın digər kütləvi informasiya vasitələrində dərc olunmuş hesabatından gedir. Sonradan “Vaşinqton post” qəzeti də ölkəmizə qarşı bu qara piar kampaniyasına qoşuldu və anti-Azərbaycançı yazılar dərc etdi”.
XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov çıxış edib.
DADP sədrinin fikrincə, Azərbaycana qarşı mütəşəkkil siyasi və mediativ cinayətkar dəstələr var: “Onlar şəbəkələşmiş şəkildə və planlı surətdə fəaliyyət göstərirlər. Öz adlarını hüquq-müdafiə təşkilatı qoyanlar da, söz azadlığından dəm vuran dünyaca məşhur KİV-lər də təəssüf ki, bu şəbəkənin içində yer alırlar. Onların əksəriyyəti bu işi sözün əsl mənasında çirkli "biznes"ə çeviriblər. Qərb ölkələrinin müxtəlif gizli kəşfiyyat orqanları tərəfindən maliyyələşdirilən bu dairələr Azərbaycan əleyhinə aparılan təbliğatdan da əlavə dividendlər qazanırlar. Eyni zamanda da "söz və ifadə azadlığı"nın çətiri altına sığınaraq bu azadlıqlardan sui-istifadə edirlər”.
Ə.Hüseynov əlavə edib ki, bu cür məkrli cəhdlər şübhəsiz ki, Azərbaycan cəmiyyətində, o cümlədən siyasi qüvvələrdə də təəssüf və hiddət doğurur: “Hesab edirik ki, Azərbaycana qarşı, həmçinin, ölkə prezidentinə və onun ailə üzvlərinə qarşı istər OCCRP tərəfindən, istərsə də bəzi Qərb KİV-ləri tərəfindən irəli sürülmüş iddialar əsassızdır və qərəzlidir. Bu cür təxribat xarakterli iddialar, böhtanlar Azərbaycanın beynəlxalq aləmdəki sağlam imicini zədələməyə, ölkəmiz haqda xoşagəlməz rəy formalaşdırmağa xidmət edir”.

Elçin
XəzərNews.az


Xəbər 3725 dəfə oxunub.




17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +