Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


06.09.2017  13:21 

Ağacan Abıyevin Siyavuş Novruzovla əvəzlənməsi xəbəri yayıldı və...





A+  A-

Ağacan Abıyev: “Astan danışığını bilmir, mən neyləyim?”; Siyavuş Novruzov: “Mən sədrlik etdiyim komitədə işlərimə davam edirəm”
Bu gün səhər saatlarında bəzi xəbər saytları Ağacan Abiyevin İntizam Komissiyasının sədri vəzifəsindən çıxarıldığı, deputat Siyavuş Novruzovun isə onun yerinə təyin edildiyi xəbərini yayıb. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq yay tətilindən sonra komitə iclasları sentyabrın 15-dən, payız sessiyasının isə 30 sentyabrdan başlandığı üçün belə bir təyinatın olması xəbəri çox gözlənilməz oldu. Həm də Siyavuş Novruzov həm də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri kimi fəaliyyət göstərir və bir şəxsin iki komitəyə sədrlik etməsinə təcrübədə rast gəlinməyib.


Odur ki, adları çəkilən şəxslərlə əlaqə saxlayıb məsələyə aydınlıq gətirmək istədik.

Deputat Siyavuş Novruzov Musavat.com-un əməkdaşına açıqlamasında xəbəri təkzib etdi: “Milli Məclisin iclası olmadan komitə, komissiya sədri təyin etmək olarmı? Milli Məclisin iş prinsipini bilmirlərsə, bunlar niyə Milli Məclisə akkreditə olunurlar? İkincisi də mən İctimai birliklər və dini qurumlar komitəsinin sədriyəm. Mən İntizam komitəsinin sədri olmuşam, bunu hamı bilir. İndi sensasiya axtarmağın nə mənası var? Digər tərəfdən də komitə və komissiya sədrləri parlamentin iclasında səsvermə ilə təyin olunur. İclas yoxdursa, bu təyinat necə ola bilər? Özü də bu, təyinatlı deyil, seçkilidir”. S.Novruzov A.Abıyevin fəaliyyətinə qiymət verməyi də düzgün saymadı: “Mən sədrlik etdiyim komitədə işlərimə davam edirəm”.

Deputat Ağacan Abıyev isə sualımıza suallar cavab verdi: “Mənim xəbərim yoxdursa, bu barədə mənə deyilməyibsə, görəsən sayt bu məlumatı hardan götürüb?” Digər tərəfdən o, əlavə etdi ki, Milli Məclisin rəhbərliyi hələ tam tərkibdə işə çıxmayıb: “Ayın 10-dan sonra işə çıxacaqlar. İndi başa düşmürəm, kimdir bu oyunu oynayan?” A.Abıyev bu məlumatların hardan qaynaqlandırğı barədə bir söz deyə bilməyəcəyini bildirdi: “Karın könlündəki deyirlər e...” Sosial şəbəkələrdə yazılanlara görə, A.Abıyev deputat həmkarı Astan Şahverdiyevə sərt reaksiya verdiyi üçün bu cür cəzalandırılıb. Komitə sədri isə bu kimi arqumentlərə maraqlı reaksiya verdi: “Astan Şahverdiyevə neyləmişəm ki? Astan danışığını bilmir, mən neyləyim?” Bəs, A.Abıyev dediyi kimi, A.Şahverdiyevin məsələsinə İntizam komitəsində baxılacaqmı? Komitə sədri bunu istisna etmədi: “Deyəsən, bu məsələni qabaqlamaq istəyirlər”.

Ola bilərmi ki, daxili auditoriyada İntizam komitəsinin rəhbərliyində dəyişiklik edilməsi müzakirə edilib və bu mətbuata sızıb? A.Abıyev qəti şəkildə inkar etdi: “Elə şey yoxdur. Bu məsələni qaldırmağa adam yoxdur e indi. Hamı məzuniyyətdədir, hələ işə çıxmayıblar. Mən də işimə davam edirəm”.

Xəbər 1314 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +