Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


06.09.2017  12:24 

“Qaçırılan qız ölməyib, xəstəxanadadır...”





A+  A-

“Samux rayonunda 20 yaşlı qızın qaçırılması zamanı baş verən avtoqəzaya görə iki maddə ilə (adam oğurluğu və avtoqəza) cinayət işi açılıb. Saytlarda yazıldığı kimi, qız ölməyib. Qaçırılan qız - Türkan İsgəndərova sağdır”.
XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a Samux rayon Sərkər kənd polis sahəsinin baş müstəntiqi İlqar Qəmbərov məlumat verib.

Müstəntiq bu məsələ ilə bağlı mətbuatı diqqətli olmağa çağırıb:

“Hadisə günü yazdılar ki, “qaçırılan qız ölüb”. Onun ailəsini, yaxınlarını heçmi düşünmədilər? Axı qız ölməyib. Hazırda Gəncə Xəstəxanasında müalicəsini davam etdirir. Yoxlanılmamış məlumatı necə yazmaq olar? Təsəvvür edin, qız xəstəxanada reanimasiyadadır, anaya deyirlər ki, saytlar qızının öldüyünü yazıb. Bu ananı sakitləşdirmək olarmı?”.
Müstəntiq deyib ki, hazırda Türkan İsgəndərovanın vəziyyəti normaldır:

“Ciyərlərində problem vardı, indi düzəlib. Dünən trubkanı çıxartdılar, bu gün xanımın ifadəsini alacağıq. Ümumiyyətlə, Gəncə Təcili Tibbi Yardım Xəstəxanası bərbad gündədir. O qız həmin xəstəxanada cəmi iki saat qalıb. Sonra Mərkəzi Klinikaya köçürüblər, hazırda vəziyyəti stabildir”.

Gəncə Rayon Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Modern.az-a qız qaçıranların xəsarəti barədə məlumat verib:

“Məndə olan məlumata görə, üç nəfər- Şəmkir rayon Çinarlı kənd sakini, 1988-ci il təvəllüdlü Müşfiq Nağıyev; Şəmkir rayon Könüllü kənd sakini, 1981-ci il təvəllüdlü Zaur Mehdiyev; sürücü, Samux rayon Sərkər kənd sakini, 1985-ci il təvəllüdlü Eldəniz Musayev bizdə müalicə alırdı. Eldəniz Musayevə qaşarası yara və bel nahiyəsinin əziyi diaqnozu qoyulub. O stasionar müalicəyə buraxılıb. Qızın yaxınları dava-dalaş saldığı üçün digər iki nəfər-Müşfiq Nağıyev və Zaur Mehdiyev xəstəxanaya müraciət ediblər. Heç birinin həyati təhlükəsi yoxdur”.

Qeyd edək ki, sentyabrın 4-də Samuxda avtomobillə qız qaçıran şəxslər qəzaya düşüb. Hadisə axşam saatlarında baş verib. Qız qaçıran şəxslər Əhmədbəyli kəndi ərazisində avtomobil ilə körpünün üzərindən keçən zaman nəqliyyat vasitəsi idarəetmədən çıxıb və maşın Gəncə çayına düşüb.

Qəza nəticəsində sürücü, Samux rayon Sərkar kənd sakini, 32 yaşlı Eldəniz Musayev və sərnişin, Göygöl rayonu Alabaşlı kənd sakini Türkan İsgəndərova, eləcə də avtomobildə olan daha iki şəxs ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Xəbər 964 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +