İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


06.09.2017  09:43 

““Jurnalistləri ələ almaq cəhdi” kimi cəfəng iddialar irəli sürülür”





A+  A-

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ-ın “The Washington Post” nəşri tərəfindən irəli sürülmüş iddialara münasibət bildirib.
XəzərNews.az xəbər verir ki, Əli Həsənov AzərTAC-a açıqlamasında deyib:

"2017-ci il iyulun 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə kütləvi informasiya vasitələrinin əməkdaşları üçün tikilmiş binanın açılış mərasimi keçirilib və daha 255 media nümayəndəsi mənzil sahibi olub. Azərbaycan Prezidentinin nəcib və dəyərli təşəbbüsü bütün jurnalistlərimiz, media ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib və alqışlanıb, dövlətimizin başçısının KİV əməkdaşlarının sosial məsələlərinin həllinə diqqət və qayğısının bariz nümunəsi kimi xarakterizə edilib.

Təəssüf ki, bu mühüm təşəbbüs artıq formalaşmış ənənəyə uyğun olaraq bəzi yerli siyasi qruplar, onların nəzarətindəki media orqanları, həmçinin bir sıra xarici KİV-lər tərəfindən qərəzli şəkildə şərh edilir, “ölkədə söz və məlumat azadlığının məhdudlaşdırılması”, “jurnalistləri ələ almaq cəhdi” və s. bu kimi cəfəng iddialar irəli sürülür.

Azərbaycana qarşı həmişə qərəzli münasibəti ilə seçilən ABŞ-ın “Washington Post” nəşri “Azərbaycanda bəzi jurnalistlər pulsuz mənzil alır. Digərləri isə zindan” adlı sifarişli redaksiya məqaləsi ilə çıxış edərək qeyri-obyektivlik nümunəsi olduğunu bir daha aydın şəkildə göstərib. Dövlətin KİV əməkdaşlarının mənzil-məişət problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərin konkret cinayət əməlinə görə həbs edilmiş şəxslərin işləri ilə əlaqələndirilməsi qərəz və məntiqsizlikdən başqa bir şey deyil. Yalan, faktların təhrif olunması və ya məqsədli şəkildə təqdim edilməsi həmin məqaləyə və ümumiyyətlə, bu nəşrin informasiya siyasətinə xas olan xüsusiyyətlərdir.

Təsadüfi deyil ki, hətta ABŞ Prezidenti Donald Tramp artıq bir neçə dəfə “Washington Post”u yanlış məlumatlar dərc etməkdə, faktları saxtalaşdırmaqda, müxtəlif siyasi dairələrin maraqlarına xidmət göstərməkdə və “feyk xəbərlər” üzrə ixtisaslaşmaqda ittiham edib. Cənab Tramp öz Twitter hesabında bildirib ki, “Washington Post” qəzeti onun Bəşər Əsədlə mübarizə aparan Suriya üsyançılarına yardım proqramını dayandırması ilə bağlı faktları təhrif edib. ABŞ dövlət başçısının qənaətinə əsasən, feykxəbərçi nəşr onun haqqında çoxlu sayda yalan tarixçələr quraşdırır və faktiki olaraq müəyyən dairələrin əlində silaha çevrilib".

Açıq-aydın görünür ki, “Washington Post” ABŞ-ın müəyyən siyasi və monopolist dairələri tərəfindən dövlət başçılarına, ictimai-siyasi xadimlərə, biznes strukturlarına və hətta ayrı-ayrı dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə olunur və heç bir halda azad media nümunəsi hesab edilə bilməz. Buna görə də “Washington Post”un və onun arxasında duran dairələrin “demokratiya mübarizəsi”, “media azadlığı” çağırışları gözə kül üfürməkdən başqa bir şey deyil.

Xəbər 1165 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +