Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


05.09.2017  13:29 

“Ermənistan rəhbərliyi öz səhvini başa düşüb...”





A+  A-

Sentyabrın 3-dən 11-dək Gürcüstanın Samsxe-Cavaxeti bölgəsindəki Orfolo poliqonunda Gürcüstan və NATO-nun “Agile Spirit 2017” (“Zirək ruh 2017”) çoxmillətli hərbi təlimləri keçirilir. Bu manevrlərin məqsədi ABŞ, Gürcüstan, Bolqarıstan, Latviya, Rumıniya, Ukrayna və Ermənistanın qarşılıqlı əlaqələrini yaxşılaşdırmaq və iştirakçıları NATO-nun çevik qüvvələrinin tərkibində birgə əməliyyatlara hazırlamaqdır.
XəzərNews.az AzərTac-a istinadla xəbər verir ki, bununla əlaqədar, Ermənistanın 1in.am nəşrində “Ermənistan NATO ilə əməkdaşlığı dərinləşdirir: Moskva buna necə reaksiya verəcək” sərlövhəli məqalə dərc edilib. Məqalədə deyilir:

“Ermənistan NATO-nun hərbi təlimlərində yenidən, faktiki olaraq, Moskvanın, yumşaq desək, özünə dost dövlətlər sırasına aid etmədiyi ölkələrlə yanaşı iştirak edir. Ermənistanın hakimiyyət orqanları keçən ay Ermənistan elə həmin Gürcüstanda NATO-nun təlimlərində iştirak edərkən, Rusiyanın yarımrəsmi ekspert dairələrinin səsləndirdiyi hədə-qorxu dolu aqressiv ritorikadadan asılı olmayaraq, ölkənin müdafiə siyasətini ardıcıl surətdə şaxələndirir”.

Nəşr qeyd edir ki, indiki halda ölkə, öz statusuna əsaslanaraq, özünün xarici və müdafiə siyasətində dəyişikliklər haqqında məsələ qaldıra bilmir, amma kiçik də olsa təsirli addımlarla – gurultulu bəyanatlar vermədən bunu etməyə çalışır. Ermənistan – Avrasiya İqtisadi İttifaqının və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür və formal baxımdan bu qurumlar qarşısında öz öhdəliklərini yerinə yetirir, digər tərəfdən – Ermənistanın hakimiyyət orqanları açıq-aşkar anlayır ki, qərb strukturları ilə əməkdaşlıq meydanında inkişaf üçün resurs görünür. Təsadüfi deyil ki, son 10 gündə Ermənistan prezidenti və baş naziri payızda bu ölkənin Avrasiya İqtisadi İttifaqı ilə yeni çərçivə sazişi imzalayacağı barədə danışırlar.

1in.am yazır: “Yerevanın Avropa İttifaqı və NATO ilə yaxınlaşması Moskvada, təbii ki, qısqanclıq və narazılıqla qarşılanacaq, məhz ekspert dairələri tərəfindən verilən sərt qiymətlər buna sübutdur. Digər tərəfdən, sivil dünyadan ardıcıl surətdə təcrid edilən Rusiyanın Ermənistanın siyasətinə qətiyyətli təsir göstərmək üçün lazımi resursları yoxdur – üstəlik, Rusiyanın Azərbaycanı silahlarla təchiz etməsi sözün geniş mənasında Ermənistanın siyasətinin Qərbə tərəf yönəldilməsini qanuniləşdirib”.

Ekspertlərin çoxunun fikrincə, Ermənistan Qərbə yalnız regionda sabitliyi pozmaq üçün, “yad” geosiyasi strategiyanın həyata keçirilməsi üçün lazım ola bilər. Son zamanlar NATO ilə Ermənistan arasında diplomatik əlaqələr nəzərəçarpacaq dərəcədə fəallaşıb. Məsələn, yayda Yerevanda alyansın Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturayın yüksək səviyyədə görüşləri olub, həmin görüşlərdə yalnız bir məsələ – NATO ilə Ermənistanın əməkdaşlığının genişlənməsi məsələsi müzakirə edilib.

Nəşr qeyd edir ki, yaxın vaxtlarda NATO-nun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Uilyam Laxyu “ağzından qaçırıb” ki, Ermənistanın NATO-ya üzvlüyü mümkündür.

“Vestnik Kavkaza” nəşrindəki məqalədə vurğulanır ki, “Yerevan özünün komplementarlıq siyasətini davam etdirir, Ermənistanla bağlı halda bu, eyni vaxtda iki stulda oturmaq cəhdinə oxşayır”.

Nəşr məqaləyə sözardı kimi bildirir ki, son nəticədə, erməni hərbçiləri “Agile Spirit” çoxmillətli təlimlərində iştirakdan imtina ediblər. Ola bilsin ki, Ermənistan rəhbərliyi öz səhvini başa düşüb. Əgər bu belədirsə, onda bu məsələdə KİV-lərin, o cümlədən “Vestnik Kavkaza” nəşrinin müəyyən xidməti var. Bu nəşr bundan sonra da region ölkələrinin rəhbərlərinin Rusiyaya münasibətdə sözləri ilə işləri arasında uyğunsuzluğu aşkar etməyi öhdəsinə götürür.

Xəbər 664 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +