İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


31.08.2017  17:32 

Külək turbinlərinə ayrılan pulları hansı qurum havaya sovurub? - Sensasion açıqlama





A+  A-

Ötən həftə külək enerjisinin əldə edilməsi üçün istifadəyə verilən külək turbinlərinin işləməməsi ilə bağlı məlumat vermişdik. Külək turbinlərinin pərlərinin işlək halda olmamasının səbəbini açıqlayan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən bildirilmişdi ki, bu avadanlıqlar təmirlə əlaqədar olaraq işləmir.
Sual yaranır ki, bu avadanlıqlar həqiqətənmi işləmir? İşləmirsə niyə işləmir? Axı külək turbinləri uzun müddət deyil istifadəyə verilib...

XəzərNews.az bildirir ki, məsələ ilə bağlı BakuPost.az-a danışan mütəxəssis Qasım Osmanov bir çox məsələlərə aydınlıq gətirib. 8 il Səngəçal Su Elektrik Stansiyasında baş mühəndis vəzifəsində çalışan Q. Osmanov külək turbinlərinin işlək vəziyyətdə olmamasının təmirlə əlaqələndirməsini cəfəngiyat adlandırıb: "Elektrik stansiyalarında iki cür generatorlar var: sinxron və asinxron. Sinxron generatorlar avtonom işləməsi üçün nəzərdə tutulub. Asinxron generatorlara isə aktiv enerji istehsal etmək üçün şəbəkədən reaktiv enerji lazımdır. Azərbaycana gətirilən və quraşdırılan generatorların hamısı asinxron generatorlardır. Asinxron generatorların daim işlək halda olması üçün şəbəkədən reaktiv enerji verilməlidir. Şəbəkəyə qoşulmasa, bu generatorlar işləməyəcək. Məhz buna görə də elektrik enerjisi nisbətən baha başa gəlir. Azərenerji də bu generatorları öz şəbəkələrinə qoşmur”.

Mütəxəssis bildirir ki, əslində, pərləri fırlanmayan külək turbinləri işlək vəziyyətdədir. Sadəcə generatorlar asinxron olduğundan və həmin külək turbinləri şəbəkəyə qoşulmadığından işləmir. Ekspert hesab edir ki, asinxron generatorlara ayrılan pullar elə "küləklə havaya sovrulub”.

Xatırladaq ki, ötən həftə xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı sosial şəbəkədə işləməyən turbinlərlə bağlı maraqlı yazı ilə çıxış etmişdi.

S.Rüstəmxanlı yazıda qeyd edirdi ki, bütün dünya bu tenologiyalardan lazımi qədər yararlansa da, Azərbaycanda bu sarıdan heç bir addım atılmır: "Bu texnologiya yenilikləri, dünyanın hər yerində rahatca işləyən avadanlıqlar bizə çatanda niyə lazımsız bir şeyə çevrilir, görəsən? Avropada küləklə işləyən mobil elektrik stansiyalarının sayı-hesabı yoxdur. Türkiyədə də bir dəfə yolla gedərkən maraq üçün 100 dən artığını saydım. 3-4 ildir Azərbaycana da gətirilib. Qobustan rayonu ərazisində, Giləzi səmtində 15-20 dənəsi quraşdırılıb. Giləzi yolunda yenilik eləyib və ya qənaət uçun adi neft buruqlarına bənzər buruqların üstündə quraşdırılıb stansiyalar. Lap yaxşi, səliqəli olmasa da olar, əsas onların işləməsidir. Fəqət bu küləyi əskik olmayan Azərbaycana gətiriləndən onların işlədiyini görən olmayıb. Niyə bizə çatan kimi bu ultra müasir avadanlığın zayı çıxdı. Onlar təzə qurulanda hamı sevinirdi, indi hamı əsəbiləşir. Bahalı avadanlıqlardır. Lazım deyildisə niyə alınıb? Lazımdırsa illər uzunu niyə donub qalıblar? Belə getsə mühərriklərini, pərlərini də söküb, oğurlayıb aparacaqlar. Bunların sahibi kimdir, bilən varmı? Bunlar və baxımsız günəş elektrik stansiyalarının taleyi barədə hansı dövlət idarəsə hər gün onlara baxıb əsəbiləşən millətə məlumat verə bilər?”

Xəbər 1198 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +