Baş Nazirdən təhsillə bağlı yeni qərar
Nazirliyin 1 əməkdaşı koronavirusdan vəfat edib
Daha 2 sinif distant təhsilə keçdi
Bu gün 13 şagird koronavirusa yoluxub
Yoluxanların sayı azaldı
104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
Sabah 33 dərəcə isti olacaq
İlk iclasın gündəliyinə 22 məsələ daxil edilib
Rezidenturaya qəbulda ixtisas seçimi bitir
Ermənistan atəşkəsi 61 dəfə pozub


31.08.2017  13:21 

“Buna necə cəsarət edirlər…” - Sabir Rüstəmxanlı Elzadan danışdı





A+  A-

Xalq şairi Sabir Rüstəmxanlı ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinə, həmçinin münsif kürsüsündə həmişə yazdığı şeirlərlə qalmaqala səbəb olan Elza Seyidcahanın iştirakına münasibət bildirib.
XəzərNews.az-ın məlumatına görə, o, “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, neçə illərdir ki, Azərbaycan ziyalısını gözdən salmaq kampaniyası gedir: “Şeir, sənətkar adına meyxanaçılar təqdim olunur. Bundan əlavə, yerindən duran Azərbaycanın xalq, əməkdar artisti olur. Hansı yolla olur, bunlara kim qiymət verir, bu seçimi kim edir, Mədəniyyət Nazirliyində bu işlərlə kimlər məğuldur və.s mən bunu ayırd edə bilmirəm. İndi də qoy eləsinlər “Xalqın şairi” müsabiqəsini. Xalqın şairini yəqin ki, sözün, ədəbiyyatın, dəyərini bilən, o sahədə peşakar olan adamlar verməlidirlər. Yoxsa televiziyaların indiki kadr səviyyəsi nəzərə alınsa, onlar heç vaxt bunu müəyyən edə bilməzlər. Cəmiyyətdə yenidən çaşqınlıq yaratmaq niyyətindədirlər”.

Xalq şairi müsabiqədə Elza Seyidcahanın da iştirak etməsindən danışıb. O vurğulayıb ki, Elza Seyidcahan yaxşı müğənnidir, yaxşı adamdır: “Onun xətrini istəyirik. Amma şeir zarafat deyil də. Gərək şeirə bir az ciddi yanaşasan. Elza xanım mahnı sözləri yaza bilər, mən bunu bilirəm. Amma mən hər mahnı sözünü şeir hesab eləmirəm axı. Mahnı sözü ayrıdır. O da şeirin, ədəbiyatın bir növüdür. Amma ciddi poeziyanın ölçüləri, tələbləri tamam ayrıdır. Birdən fikirlərşirsən ki, bu ədəbiyyatın Nəsimi, Füzuli, Xəqani, Nizami, Xətai, Vaqif, Zakir, Sabir, Səməd Vurğun, Bəxtiyar Vahabzadə kimi zirvələri var. Bunların yanında şeir qoşmaq o qədər də asan deyil. Buna necə cəsarət edirlər, mən bunu fikirləşirəm. Bazarda balla şorun qiyməti qarışıq düşüb. Hər şeyi lağ, zarafat mövzusuna çevirmək olmaz”.

S. Rüstəmxanlı “sizə münsif heyətində çıxış etmək üçün təklif gəlsəydi, bunu necə dəyərləndirərdiniz” sualına da cavab verib.

O bildirib ki, münsiflər heyətində çıxış etməyə vaxtı yoxdur: “Elə bir niyyətim də yoxdur. Xalq şairi adı verildi verilmədi kimin xalqın şairi olduğunu hamı yaxşı bilir. Azərbaycanda bu barmaqla sayılacaq qədərdir. Bunun bir televiziya seçiminə ehtiyacı yoxdur. Hər şeyi şouya çevirməklə özlərini qınaq hədəfinə çevirirlər. Şeiri oyun-oyuncağa çevirmək heç kəsə şöhrət gətirməz. Bunlar el ədəbiyyatı ilə məşğul olmaq istəyirlərsə, gedib məşğul ola bilərlər. Ciddi aşıq poeziyası elə Mirzə Ələkbər Sabirin, Səməd Vurğunun səviyyəsidir. Azərbaycan ədəbiyyatında da ciddi poeziyanın konturları bəllidir. Onun kənarında nə edəcəklərsə, bu bizim ədəbiyyata hörmətsizlik olacaq”.

Xəbər 1540 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.09.2020  17:45 

Turun təyinatları açıqlandı

25.09.2020  15:43 

Yoluxanların sayı azaldı

25.09.2020  14:26 

Qanunsuz balıq ovlayan saxlanıldı

25.09.2020  14:11 

Norveç kralı xəstəxanalıq oldu

25.09.2020  13:54 

Sabah 33 dərəcə isti olacaq

25.09.2020  09:16 

Britaniyada rekord göstərici


BÜTÜN XƏBƏRLƏR +