İlham Əliyevə qazaxların milli geyimi hədiyyə olundu
Polşada təxribatda şübhəli bilinən 8 nəfər saxlanılıb
Yeni nazir kim olacaq?
Leysan olacaq, dolu düşəcək - Hava
Azərbaycanlı reper Ukrayna müharibəsində həlak olub?
“Bakubus”un avtobusu bulvara girdi - Açıqlama
“Orta dəhlizin inkişafı” layihəsinin təqdimatı oldu - Foto
Kanada Netanyahunu həbs edəcək
Prezidentlərin təkbətək görüşü olub
İsa Həbibbəylidən qızı ilə bağlı açıqlama


30.08.2017  23:16 

UEFA “Qarabağ”ın müraciətinə cavab verdi





A+  A-

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində ev oyunlarını Bakı Olimpiya Stadionunda keçirmək üçün UEFA-ya müraciət edib.
XəzərNews.az xəbər verir ki, qurum Ağdam klubunun müraciətinə müsbət cavab verib.

Klubun rəsmi “Facebook” səhifəsindək məlumatda qeyd edilib ki, pley-off mərhələsinin Bakıda keçirilmiş oyununda stadionu tam dolduran “Qarabağ” azarkeşləri kluba olan sevgisini və inamını nümayiş etdirib:

“Bu uğurlu çıxışdan sonra oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu nəzərə alan komanda ev oyunlarını daha çox azarkeş tutumuna malik olan stadionda - Bakı Olimpiya Stadionunda (68500 yerlik) keçirməklə bağlı UEFA-ya müraciət edib. Bu gün UEFA tərəfindən “Qarabağ”ın sorğusuna cavab gəlib. Qitənin ali futbol qurumu komandamızın bu müraciətini təsdiqləyib”

Qeyd edək ki, “Qarabağ” sentyabrın 27-də Çempionlar Liqasının II turu çərçivəsində “Roma”nı Bakı Olimpiya Stadionunda qəbul edəcək. Matç Bakı vaxtı ilə 20:00-da keçiriləcək.



Xəbər 3401 dəfə oxunub.



21.10.2025  14:59 

Yeni nazir kim olacaq?

21.10.2025  11:57 

Kanada Netanyahunu həbs edəcək

21.10.2025  11:11 

PUA-lar Rostovu vurdu


BÜTÜN XƏBƏRLƏR +