Nazir müavini işdən çıxarıldı
VİCDANLARI SUSDURMAYAQ!
Consonun köşə yazısı...
Mehriban Əliyeva onları təbrik etdi
Prezident “Qida təhlükəsizliyi haqqında“ qanunu təsdiqləyib
Bu qurumda yükdaşıma ondan da betər gündəymiş...
DTX əməliyyat keçirdi - Saxlanılanlar var
MTN-nin polkovnikinə hökm oxunub
Elçin Əlibəyli Dilruba Vaqifzadədən boşanır - Foto
Ukrayna ordusu Severodonetski tərk edir


26.08.2017  13:25 

Deputat Mehman Əliyevi DƏSTƏKLƏDİ: “İctimaiyyəti məlumatlandırmaq lazımdır”





A+  A-

“Prezidentin imzaladığı dekriminallaşdırma haqqında fərmanını nəzərə alaraq, Mehman Əliyev barəsində həbs qətimkan tədbirini digərləri ilə əvəz etmək olardı”.
XəzərNews.az bildirir ki, bunu Modern.az saytına açıqlamasında deputat Asim Mollazadə “Turan” agentliyinin direktoru Mehman Əliyevin həbsinə münasibət bildirərkən deyib.

A. Mollazadə qeyd edib ki, Mehman Əliyev jurnalist olduğuna görə, onun barəsində aparılan araşdırmaları da çox diqqətlə və ictimaiyyəti məlumatlandıraraq həyata keçirmək lazımdır.

“Amma bu proses belə həyata keçirilmir. Mehman Əliyevin həbs olunması ictimaiyyət tərəfindən birmənalı qarşılanmır. Ona görə də bu hadisə ilə bağlı diqqətli olmaq lazımdır. Mehman Əliyevə qarşı həbs qətimkan tədbiri deyil, prezidentin imzaladığı yeni fərmanını nəzərə alaraq digər formalardan istifadə oluna bilərdi”.

Vergilər Nazirliyinin məlumatınaa görə, istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Qanunun tələblərini pozub.

2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.

Xəbər 1467 dəfə oxunub.




24.06.2022  23:02 

VİCDANLARI SUSDURMAYAQ!

24.06.2022  20:57 

Consonun köşə yazısı...

24.06.2022  18:08 

Bakıda KÜLƏK əsəcək

24.06.2022  16:30 

MTN-nin polkovnikinə hökm oxunub

24.06.2022  11:44 

Prezident Bernard Lunini qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +