Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək


23.08.2017  12:14 

Eldar Mahmudovu Nardaranda saxlayan səbəb





A+  A-

“MTN işi” yekunlaşır, bütün suallara cavab verməli olan sabiq nazir isə ortaya çıxarılmır
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq şefi Eldar Mahmudovun rəhbərliyi altında 11 il fəaliyyət göstərən, hazırda ən müxtəlif ağır cinayətlərin törədilməsi ittihamı ilə məhkəmə qarşısına çıxarılan generallarının, şöbə rəislərinin və istintaqçıların işləri üzrə məhkəmə prosesləri yekunlaşmaq üzrədir. Gözlənilənlərin əksinə olaraq, baş tutan məhkəmə proseslərində ortaya çıxan yeni faktlar üzrə araşdırmalar aparılmır, müvafiq olaraq həbslər də gerçəkləşmir.

Yada salaq ki, hazırda Sabunçu Rayon Məhkəməsində “MTN işi” üzrə 2 dəstənin işinə dair proses keçirilir. MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, onunla birlikdə həbs edilən 4 MTN əməkdaşının və digər dəstənin - MTN-in Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesləri sona çatmaq üzrədir. Prosesləri izləyənlər ümumilikdə təqsirləndirilənlərə qarşı loyallıq olduğunu hiss edirlər. Belə görünür ki, Eldar Mahmudov vəzifədən çıxarılandan sonra dövriyyəyə buraxılan “baş nazir gətirilir” iddiası da əbəs deyilmiş. Bu yolla sabiq nazir özünə qarşı hücumları dəf etməyə, yenidən vəzifəyə qayıdacağı mesajını ona düşmən mövqedə dayananlara çatdırmaq, özünü mümkün hücumlardan sığortalamaq istəyib. Hazırda Eldar Mahmudovun statusu da bilinmir. Onun təqsirləndirilən şəxs, heç yerə getməmək haqda iltizam vermiş şəxs, girov müqabilində istintaqdan kənarda qalmış şəxs olub-olmaması haqda bilgi yoxdur.

Bilinən odur ki, E.Mahmudov vəzifəsindən çıxarılandan sonra yaşayış ünvanını Badamdar qəsəbəsindəki imarətindən Nardaran qəsəbəsi ərazisindəki xüsusi iqamətgahına dəyişib. Qeyd edək ki, 2015-ci il oktyabrın 17-də Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 ay 1 həftə sonra Nardaranda genişmiqyaslı əməliyyat həyata keçirilib. Əməliyyat zamanı bir neçə yerli sakin öldürülüb, ümumilikdə 45 qəsəbə sakini həbs edilib. Qəsəbə 2015-ci ilin noyabrından bu günə qədər nəzarət altındadır. Mahmudovun nəzarət altında olan qəsəbədəki iqamətgahını yaşayış yeri kimi seçməsi də bu baxımdan təsadüfi deyil. Onun Badamdardan savayı respublikanın bir çox səfalı yerlərində belə imarətlərinin olması haqda xəbərlər var. Bu halda E.Mahmudovun niyə məhz nəzarət altında olan Nardaran qəsəbəsini özünə yaşayış yeri seçməsi təsadüfi görünmür. Mümkündür ki, onun məhz Nardaranda məskunlaşması özünün istəyi ilə olmayıb.

Qəsəbənin xüsusi nəzarət altında saxlanması sabiq nazirin hərəkət trayektoriyasına nəzarəti yüngülləşdirməsi baxımından əlverişlidir. Digər tərəfdən isə olduqca məxfi sirlər daşıyıcısı olan E.Mahmudovun təhlükəsizliyinin təmin edilməsi üçün geniş imkanlar yaradır. Bu baxımdan, sabiq nazirin yaşamaq üçün Nardarana getməsini təsadüfi hesab etmək olmaz. Mümkündür ki, onu nəzarət altında olan kəndə göndəriblər. Eldar Mahmudovun 11 illik nazirliyi dövründə qanuni-qanunsuz fəaliyyəti ilə əlaqəli onun düşmənlərinin siyahısı da uzundur. İş adamları, müxtəlif vəzifə sahibləri ilə yanaşı, xarici dövlətlərin xüsusi xidmət orqanları da sabiq nazirlə haqq-hesab çəkmək üçün məqam axtarırlar. E.Mahmudov kreslosunun verdiyi imkanlardan istifadə etməklə, xüsusi dinləmə avadanlıqları vasitəsilə bir çox qüdrətli dövlət məmurlarının, onların ətrafındakı iri iş adamlarının şəxsi informasiyalarına çıxış əldə edib. Bir çoxlarının illərlə talanla, bəzi iş adamlarının isə alın təri ilə topladığı mal-varlarını qısa müddətdə əllərindən alıb. Malını bu şəkildə itirmişlərin qisası isə ağır olur. Odur ki, hərənin sabiq nazirlə haqq-hesab çəkmək üçün bir səbəbi var. Bu baxımdan, istisna deyil ki, sabiq nazirə qarşı mümkün hücumların qarşısını almaq üçün onun Nardarandakı iqamətgahında qalmasına razılıq veriblər.

Hazırda yekunlaşmaqda olan proseslərdə ara-sıra Eldar Mahmudovun adı çəkilir, zərərçəkənlər onun da prosesə cəlb olunmasını, dindirilməsini, həbsini tələb edirlər. Onların bu tələbi isə eşidilmir. Baş prokurorun ötən ilin oktyabrında söylədiyi “İstintaqın nəticəsində hansı şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlarsa, onlar da məsuliyyətdən kənarda qalmayacaq” fikrinə rəğmən sabiq nazirin statusu belə bu gün bilinmir.

(musavat.com)

Xəbər 2155 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.12.2024  22:54 

Zelenski Donald Trampla görüşüb

06.12.2024  09:11 

Elgiz Alxanov həbs edildi

30.11.2024  18:31 

Kürdəmirdə yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +