Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


22.08.2017  14:51 

Taekvandoçumuz erməni rəqibini məğlub edib finala çıxdı





A+  A-

Tayvanda təşkil edilən 29-cu Yay Universiada Oyunlarında taekvando idman növü üzrə yarışlara start verilib.
Azərbaycan Taekvando Federasiyasından XəzərNews.az-a verilən məlumata görə, milli yığma komandamızın da qatıldığı yarışın ilk günü iki taekvandoçumuz mübarizə aparıb.

Millinin üzvlərindən -68 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ayxan Tağızadə fransız Fabio Mattelə 19:7, britaniyalı Ceykob Barnettə 17:9, Xavier Peresə (İspaniya) 9:7 hesabı ilə qalıb gələrək yarımfinala vəsiqə qazanıb.

Final uğrunda qarşılaşmada erməni rəqibi Sergey Vardazaryana (31:14) şans verməyən Ayxan finalda rusiyalı taekvandoçu Boris Krasnovla döyüşəcək.

Digər idmançımız Qaşım Maqomedov (-54 kq) isə ilk rəqibi Embrion Hidayətullaha (İndoneziya) 29:19 hesabı ilə qalib gəlsə də, Avstraliya təmsilçisi Malkom Levisə 10:12 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Xəbər 3413 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +