Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


19.08.2017  16:17 

““ElMed” klinikası və həkim Elman Əzizov” - Nazim adları açıqladı





A+  A-

Müğənni Nazim Pişyari unikal.org-a ölüm xəbəri haqda danışıb.
XəzərNews.az “Faytonçu” ləqəbli ifaçının həmin müsahibəsini təqdim edir:

- Nazim müəllim, ölüm xəbəriniz yayıldı. Bu “xəbər” sizə necə təsir etdi?

- Təbii ki, bu, mənə çox pis təsir etdi. Jurnalistlər bunu gərək mənimlə və ya ailəmlə dəqiqləşdirib yazardılar. Reytinq xatirinə belə məlumatları saytlarda dərc edirlər. Təəssüf ki, bəziləri ağıllarına gələni yazırlar.

- Hazırda özünüzü necə hiss edirsiniz?

- Yaxşıyam. Səhhətim irəliyə doğru gedir.

- Müalicənizi davam etdirirsiniz?

- Artıq müəlicəm bitib. Bakıda qalacağam. Reabilitasiya dövrünü keçirəm. Özümü normal hiss edirəm. Artıq müayinə və müalicə dövrü geridə qaldı.

- Bəs səhnəyə nə vaxtdan qayıdacaqsınız?

- İnşallah sentyabr ayından səhnəyə qayıdacağam. Yeni musiqilərim var. Onlarla dinləyicilərimi feyziyab edəcəyəm. Mənim ölümümə görə ağlayan insanlara və xoş söz deyənlərə minnətdarlığımı bildirirəm. Mən bircə onu deyə bilərəm ki, məni izləyən, mənə pərəstiş edən insanların hər birinin qarşısında baş əyirəm. Hamısına sonsuz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Onları təlaş içində yaşatdığına görə o jurnalistlərin əvəzindən üzr istəyirəm.

- Nazim müəllim, bu xəbərlərə görə jurnalistləri qınayırsınız. Amma mən bir jurnalist olaraq bu xəbəri yayan Vüqar Muradovu qınayardım.

- O kimdi? Mən onu tanımıram. Müğəni Vüqar. (Fikirləşir) Yeni Ulduz Vüqar? Onun nömrəsin tapıb ondan soruşacam. Vallah, siz ni, mən indi bildim. Onunla əlaqə saxlayacağam. Görüm, bu adam niyə belə informasiya yayıb?

- Demişdiniz sizi bu hala azərbaycanlı həkimlər salıb. Sirr deyilsə, əməliyyat olduğunuz xəstəxana və sizi əməliyyat edən həkimin adını açıqlayardınız...

- Mən Azərbaycandakı həkimlərdən imtina etmişəm. Məni bu hala “ElMed” klinikasında saldılar. Xüsusən orada məni əməliyyat edən Elman Əzimov adlı həkim məni bu hala saldı. O, məni əməliyyat etdi və əməliyyat uğursuz alındı. Əməliyyat fəsadlar verdi. Ona görə məcbur qalıb şəfamı digər ölkələrdə tapmalı oldum.

- Klinika və həkimdən şikayət etdinizmi?

- Səhhətimin tam düzəlməsini gözləyirəm. Tam sağalıb və bundan sonara onunla mübarizəmi aparacağam. Bütün instansiyalara və xüsusən məhkəməyə də müraciət edəcəyəm. Həbs olunana kimi onunla mübarizəmi davam etdirəcəyəm. Əməliyyatda həkim səhvi məni bu günə saldı. Bunu İsraildə də, Türkiyədə də təsdiq etdilər.

- Bəs, bizim həkimlər nə dedi?

- Onlar da eyni sözü dedilər. Sonda məlum oldu ki, mənim müalicə və müayinəm üçün əlac ancaq Türkiyədir. Qardaş ölkədə məni ayağa qaldırdılar. Mən ondan sonra Türkiyəyə getdim.

- Müalicə xərciniz çox çıxdı?

- Bəli. 100 mindən çox….

- Hazırda maddi durumunuz necədir? Köməklik olunurmu?

- Normaldı. Salamatçılıqdır, bu günümüzə də şükür.

- Müğənnilər sizi axtarırmı?

- Mən bütün müğənnilərimizə minnətdaram. Demək olar ki, hamı zəng vurur. Çox sənətkarlar, müğənnilərimiz məni axtarır. Flora Kərimova, Faiq Sücəddinov, Rəfail Dadaşov, İzzət Bağırov, Elnur Məmmədov, Lalə Məmmədova İlqar Muradov, Ədalət Şükürov, Rəşad İlyasov, Elariz Məmmədoğlu, Nüşabə Ələsgərli və digərləri. Ola bilər ki, kimsə yadımdan çıxsın. Onlardan da üzr istəyirəm. Onların hər biri mənə dəstək oldular. Maddi durumumla maraqlandılar. Köməkliklərini təklif etdilər. Hamısına təşəkkür edirəm.

Xəbər 1361 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +