30-39 yaş arası yoluxanların sayı artıb
İcazələrin alınması sistemində yenilik
“Karantin rejimini davam etdirməliyik”
Çimərliklərdə 25 dərəcə isti olacaq
Deputat da Mərkəzi Bankı ittiham etdi
Dünənki qəzalarda 5 nəfər ölüb
Etibar Babayev koronavirusdan vəfat etdi
Bu hallarda SMS icazə tələb olunmur
Küçəyə yenə SMS-icazə ilə çıxacağıq
Metro da iyulun 20-dək bağlanır


18.08.2017  13:56 

Əli Kərimliyə çalışan məmur kim olub?





A+  A-

“Təssüf ki, bəzi media vasitələri saytımızda gedən yazını düzgün interpretasiya edə bilməyiblər. Bizim yazıda söhbət 2003-cü ilə qədər Prezident Aparatında çalışan məmurlardan gedir. Məsələn, Eldar Namazovdan.”
XəzərNews.az xəbər verir ki, bu bəyanatı Avropa.info saytının rəhbəri Ruslan Bəşirli saytın 15 avqust nömrəsində dərc olunmuş “Əli Kərimlini Prezident Adminstrasiyasında kimlər maliyyələşdirib” başlıqlı yazıya münasibət bildirərkən deyib. Bəşirli bildirib ki, bəzi saytlar bu yazını təhrif etməyə cəhd göstəriblər.

“Azərbaycan Xalq Cabhəsinin şinelindən çıxmış keçmiş siyasətçi, mövcud bloger Əli Kərimli vaxtilə cidd-cəhdlə Azərbaycan hakimiyyətinə xidmət etmişdir. Rəhmətlik Heydər Əliyevin dönəmində Əli Kərimli Elçibəy ideallarına deyil, indiki hakimiyyətin möhkəmləndirilməsi yolunda böyük fədakarlıq göstərmişdir.

Və o zaman, Prezident Administrasiyasınının keçmiş məmurları Əli Kərimliyə dəstək verirdi. Məsələn, Eldar Namazov. Keçmiş cəbhə liderlərinin, məsələn Fazil Qəzənfroğlunun xatirələri buna dəlalət edir. Həm də, Kərimlinin hakimiyyətlə sövdələşməsi və yaxından əməkdaşlığı gözümüzün önündə idi. Axı o zaman, mən cəbhəçi gənclərin lideri idim. Hakimiyyət tərəfindən, Prezident Administrasiyası tarafindən dəstək tapması söylədikdə, mən məhz bunu nəzərdə tuturdum.

Düzdür, sonradan 2003-cü ildə, Əli Kərimli Heydər Əliyev yoluna da xəyanət edərək, bəzi xarici qüvvələrlə birləşib Azərbaycanda böyük destabilizasiya planlarına imza atmış oldu. Və onun bu dağıdıcı missiyasına bəzi iqtidara yaxın qüvvələr dəstək verirdi. Mən, Prezident Administrasiyasının bugünkü əməkdaşlarını nəzərdə tutmamışam. Çünki onların hər biri dövlətçiliyimizə sadiqdilər. Söhbət keçmiş əməkdaşlardan və bu gün iqtidara yaxın qüvvələrdən gedir. Təəssüf edirəm ki, bəzi həmkarlarım bunu düzgün interpretasiya etməyiblər.”

Xatırladaq ki, Avropa.info-nun 15 avqust sayında AXCP sədri Əli Kərimlinin keçmiş MTN və Prezident Aparatının keçmiş bəzi məmurları tərəfindən maliyyələşdirilməsi ilə bağlı yazı dərc olunub.

Xəbər 1557 dəfə oxunub.



03.07.2020  13:50 

Messi “Barselona”dan ayrılır

03.07.2020  11:53 

Yeniyetmə Kür çayında batdı

03.07.2020  08:51 

Neft bahalaşdı

02.07.2020  20:06 

Metro da iyulun 20-dək bağlanır


BÜTÜN XƏBƏRLƏR +