ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq
Azərbaycanlılar Türkiyədə yol qəzasına düşüb
Müşviqin adından dələduzluq edildi
“Green Card” müraciəti pullu oldu
Uğur istinadımız: Təşəkkürlər, “Qarabağ“!
Nazirin sabiq müavininin əmlakı müsadirə edildi
Alim Qasımov bəzi jurnalistlərdən gileylənib
“Bakı Kart“ın rəhbəri dəyişdi


18.08.2017  11:23 

Əflatun Amaşovdan “Turan”da aparılan yoxlamalara REAKSİYA





A+  A-

“Doğrudan da “Turan” İnformasiya Agentliyi keçmişi, tarixi olan media qurumlarımızdandır. Onun rəhbəri Mehman Əliyev kifayət qədər peşəkar jurnalistdir, səriştəli idarəçidir. Ancaq son zamanlar agentlik media məkanımızda sanki yox kimidir. Bunu müxtəlif amillərlə əsaslandırmaq mümkündür. Cəmiyyət dəyişir, jurnalistika dəyişir, prinsiplər və dəyərlər də həmçinin. Zamanla oxşar proseslərin müxtəlif media qurumlarının timsalında şahidi olmuşuq. Bu proses müəyyən mənada təbiidir”.
XəzərNews.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov “Turan”da aparılan axtarışlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu günün media reallığından uzaq kimi görünən “Turan”ın materiallarına çox az hallarda istinad var.
“Xəbərlərinə demək olar rast gəlinmir. Ümumən yaradıcılıq dəst-xətti nəzərə çarpmır. Halbuki əvvəllər belə olmayıb.
Onu da deyim ki, nəinki son aylar, hətta son illər belə hec bir rəsmi qurumun, vəzifəli şəxsin “Turan”ın hansısa yazısından narahatlığına, etirazına rast gəlməmişəm.

Mətbuat Şurasına da “Turan”ın materialından heç bir şikayət daxil olmayıb. Belə olan halda Vergilər Nazirliyinin media qurumunda yoxlamalar aparmasını siyasi amillərlə bağlamaq istəyi hətta nəzəri cəhətdən də düzgün deyil. Kimlərsə buna cəhd edirsə, hesab edirəm ki, niyyətləri tamam başqadır”-deyə o bildirib.

Deputat qeyd edib ki, Vergilər Nazirliyi dövlət orqanıdır, onun yoxlamalarına gəlincə, qurum hər hansı təşkilatın hesabına xaricdən və daxildən gələn maliyyə vəsaitini araşdırır.

“Konkret olaraq həmin vəsaitdən zəruri vergi ödənişlərinin edilib-edilmədiyini müəyyənləşdirir. İndiyədək ən müxtəlif təşkilatlarla, o cümlədən jurnalist təşkilatları və kütləvi informasiya vasitələri ilə bağlı eyni mexanizm tətbiq olunub.

Mətbuat Şurası olaraq biz “Turan” İnformasiya Agentliyi ilə bağlı məsələni diqqətdə saxlayırıq. Vergilər Nazirliyinə də müraciət etmişik. İnanırıq ki, informasiya agentliyi ilə əlaqədar araşdırmalar tam şəffaf şəkildə, qanunlarımıza tam riayət olunmaqla həyata keçiriləcək”.

Xəbər 3352 dəfə oxunub.




17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü

17.09.2025  12:11 

Ukrayna Belqorodu vurdu

17.09.2025  10:49 

“Qarabağ” Bakıya qayıdıb

17.09.2025  01:20 

“Qarabağ” tarix yazdı


BÜTÜN XƏBƏRLƏR +