Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


09.08.2017  13:54 

Macarıstan səfirliyi tələbə qalmaqalına REAKSIYA VERDİ





A+  A-

Macarıstanın Tempus Fondunun bu ölkənin universitetlərinə qəbul olunmuş 40 azərbaycanlı tələbənin təhsil xərclərini ödəməkdən imtina etməsi geniş rezonans doğurub.
XəzərNews.az Yenicag.az-a istinadən xəbər verir ki, haqqında danışılan məsələni ilk olaraq ictimailəşdirən tanınmış jurnalist Azər Sarıyev özünün “Facebook” səhifəsində bunları yazıb:

“Macarıstan hökuməti bizə qarşı hörmətsizlik edir.

Jurnalist və hüquqşünas dostların nəzərinə!

Avropanın da zayı çıxdı, deyəsən! Ya da Macarıstan hökuməti o boyda Avropanı bihörmət edir. Azərbaycan Təhsil Nazirliyi ilə Macarıstan hökuməti arasındakı anlaşmaya görə, Tempus Fondu (Fond 1996-cı ildə Macarıstan hökuməti tərəfindən yaradılıb və Avropa İttifaqı ilə əməkdaşlıq edir) ölkəmizdən 200 nəfər tələbənin Macarıstanın müxtəlif universitetlərində təhsilini maliyyələşdirməli və təqaüdlə təmin etməli idi.

Lakin həmin fond müsabiqədən və imtahanlardan keçmiş, Macarıstan universitetləri tərəfindən qəbul olunmuş 200 uşaqdan 40-nın təhsil xərclərini maliyyələşdirməkdən son anda imtina edib.

Hansı ki, həmin vaxt artıq Qərb universitetlərinə və digər fondlara müraciət və imtahan müddəti bitmişdi. Saymazlığın dərəcəsinə baxın ki, Fondun rəhbərliyi bu barədə abituriyentlərə izahat bir tərəfə, xəbər belə verməyib, Azərbaycan Təhsil Nazirliyinə ümumi xarakterli məktub yazmaqla kifayətləniblər.

Həmin 40 uşaq da qalıb ortalıqda. Ağızlarını açanda isə etikadan, bəşəri dəyərlərdən danışırlar. Təhsil Nazirliyi də heç bir kömək etmək iqtidarında deyil. Təhsil Nazirliyi məktub yazsa da, qurumu saya salmırlar. Bir sözlə, Macarıstan hökuməti bizə qarşı açıq hörmətsizlik nümayiş etdirir. Hüquqşünas həmkarlar bu məsələdə necəsə yardım edə bilərlərmi? Valideynlər Tempus Fondunu məhkəməyə vermək istəsələr, hansısa hüquqşünas bu işlə məşğul ola bilərmi?

Jurnalist dostlardan bu məsələnin ictimailəşməsində yardımçı olmalarını xahiş edirəm.

İmzalanmış sənədlə bu linkdə tanış ola bilərsiniz. Bu sənəd Macarıstan Respublikasının İnsan Resursları Nazirliyi tərəfindən imzalanıb və göründüyü kimi, konkret olaraq 200 yer ayrılması barədə öhdəlik götürülüb.

Bəzi yoldaşlar iddia edirlər ki, 200-dən az yer də ayrıla bilər. Qətiyyən elə deyil. Mətndə “200-dək” yox, konkret olaraq “Azərbaycan Respublikasının 200 vətəndaşı üçün aşağıdakı çərçivə əsasında təqaüdlər ayıracaqdır” yazılıb. Yəni hüquqi tənzimləmədə imperativlik (məcburilik) var”.

Göründüyü kimi, həmkarımızın qaldırdığı məsələ olduqca ciddidir. Burada əsas məqam 40 azərbaycanlı gəncin üzləşdiyi gözlənilməz problem olsa da, məsələnin digər tərəfi Azərbaycan və Macarıstan hökumətləri arasında imzalanmış məlum anlaşmanın pozulmasıdır.

Məsələyə aydınlıq gətirilməsi üçün əlaqə saxladığımız Macarıstanın Bakıdakı səfirliyinin 2-ci katibi Zoltan Timar Yenicag.Az-a açıqlamasında mövzuya yönəlik ümumi sözlərlə kifayətləndi:
“Bu məsələnin real səbəblərini Tempus Fondundan daha dəqiq izah edə bilərlər, onlarla əlaqə saxlaya bilərsiniz. Ancaq Fond belə bir qərar qəbul edibsə, yəqin ki bunun üçün hansısa əsasları olub. Lakin yenə deyirəm, niyə belə olduğunu Fondun özündən öyrənmək mümkündür”.

Diplomat məsələyə Azərbaycan-Macarıstan hökumətlərarası sazişin pozulması kontekstində münasibət bildirmək istəmədi.

Yaranmış problemə Təhsil Nazirliyinin münasibətini öyrənmək mümkün olmadı. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı quruma rəsmi sorğu göndərilməsini tövsiyə etdi. Lakin Təhsil Nazirliyi bu materialın yayımlandığı son ana qədər Yenicag.Az-ın sorğusunu cavablandırmadı.

Məsələ haqqında Yenicag.Az-a danışan millət vəkili Çingiz Qənizadə beynəlxalq anlaşmalarda nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməməsinin yolverilməz olduğunu bildirdi:
“Açığı, həmin müqavilədə hansı müddəaların yer aldığını bilmirəm. Yəni məlum deyil, həmin Fondun 40 tələbənin təhsil haqqını ödəməkdən imtina etməsi üçün hüquqi əsası var, ya yox… Mən hüquqşünas olduğumdan, bu kimi detalları dəqiqləşdirmək lazım olduğu qənaətindəyəm.

Əgər Fond haqlı deyilsə, o halda hüquqları pozulan o 40 nəfər məhkəməyə müraciət edərək, ədalətin bərpasına çalışmalıdır. Çünki bu halda onlar ciddi mənəvi zərbə alıblar. Lakin yenə deyirəm, haqqında danışdığımız sazişin şərtlərini bilmədən, qəti fikir bildirmək doğru olmazdı”.

Azər Sarıyevin bu gün paylaşdığı növbəti statusda isə zərərçəkənlərin hüquq müstəvisində öz haqlarını bərpa etmələri üçün hazırlıqlara başlandığı qeyd olunub:
“Dostlar, Türkiyədəki vəkillərlə və qardaş ölkənin AİHM-dəki keçmiş hakimi ilə danışıqlar aparılır. Macarıstan hökumətinin hörmətsizliyinə hüquqi müstəvidə qiymət vermək üçün yollar aranır”.

Xəbər 1576 dəfə oxunub.



29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib


BÜTÜN XƏBƏRLƏR +