Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


07.08.2017  14:07 

Babanın gül balasının maşın kolleksiyası - FOTOLAR





A+  A-

Azərbaycan ictimaiyyətinin, mediasının gündəmini bir həftədir ki, Baş nazirin müavini, “Qaçqınkom” sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin “Galendewagen” markalı avtomobillə törətdiyi qəza məşğul edib.
XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Əli Həsənovun nəvəsinin avtomobildə olması əvvəlcə gizlədilməyə çalışılsa da, sonradan DİN-in yaydığı məlumatlar bu iddianı alt-üst etdi və rəsmi qurumlar tərəfindən bildirildi ki, sözgedən qəza ilə bağlı cavabdeh şəxslərin hər biri məsuliyyətə cəlb olunacaq. Hazırda Nail Allahverdiyevin səhhəti normallaşdıqdan sonra həbs olunacağı gözlənilir.

Məlumat üçün bildirək ki, baş vermiş qəzanın rezonans yaratması orada iki Türkiyə vətəndaşının da ölümcül bədən xəsarətləri almasıdır. Hazırda onların 3 azyaşlı övladı dövlət qurumlarının nəzarətinə götürülüb. İki nəfərin ölümü ilə nəticələnən qəzanın digər iştirakçısının barəsində isə 1 aylıq inzibati həbs qətimkan tədbiri seçilib. Belə görünür ki, baş nazirin müavinin nəvəsinin yarım milyonluq “Galendewagen”lə ötüşməsi və bunun ağır nəticələri hələ bir müddət də müzakirə olunacaq. Məlumatlara görə, ölkə rəhbərliyinin də məsələyə reaksiyası kəskin olub. Bu cür hallarda heç kimə güzəşt edilmədiyi diqqətə çatdırılıb.

Xatırlatma üçün bildirək ki, bu hadisədən cəmi 1 neçə həftə əvvəl general öz oğluna görə işdən qovulmuşdu. Novruzəli Orucov öz oğlunun sürücünü döyməsinə görə işindən uzaqlaşdırılıb, yüksək rütbəsi əlindən alınıb. Bir məqamı xüsusi qeyd etmək lazımdır ki, prezident həm generalın oğlu ilə bağlı hadisəyə, həm də digər eyni məzmunlu hadisələrə kəskin reaksiya verərək bildirmişdi ki, məmurların özləri də harınlıq edən övladları ilə birlikdə cəzalandırılacaq. Bu cür cəzalandırma metodu tamamilə məntiqə uyğundur, çünki 20-25 yaşlı bir gənc özünə yox, məhz yüksək vəzifə tutan atasına və ya babasına arxalanaraq belə qudurmuş addımlara yol atır.

Əli Həsənovun taleyin ironiyasına tuş gəldiyi başqa bir məqam isə “siz mənim övladlarımı tanıyırsınız?” deyə cəmiyyətə verdiyi sualın video yazısının günlərdir sosial şəbəkələrdə dolaşmasıdır. Yaxşı ki, tanımırmışıq və ya tanış olduq...

Belə bir sual yaranır ki, Nail Allahverdiyev Baş nazirin müavini olan babasına arxayın olmasaydı, bu cür bahalı maşına minə və onu necə belə yüksək sürətdə idarə edə bilərdi? Redaksiyamıza daxil olan məlumatlara görə, məhz Nail Allahverdiyevin qəzasının təsadüfü olmaması ilə bağlı materiallar da toplanaraq aidiyyatı üzrə təqdim olunub. Onun indiyə kimi törətdiyi qəzalar, yol polislərinə qarşı saymaz davranışları məruzə edilib.

Məlumata görə, dəfələrlə yol polisləri məhz Naili və dostlarını saxladığına görə babası Əli Həsənov tərəfindən qurumun rəhbərliyinə etirazlar bildirilib. Ümumiyyətlə, bu günə qədər onlarla yol polisi əməkdaşı məhz Nail kimi harın məmur övladlarının güdazına gedib. Belə ki, onları saxlayıb nizam-intizama dəvət edən siravi yol polis əməkdaşları vəzifəsini itirmək aqibəti ilə üzləşib. Lakin bu məsələdə yeganə işıq yeri ölkə rəhbərinin dəyişməz mövqeyidir. Onun indiyə qədər keçirdiyi müşavirələrin əksəriyyətində verdiyi xəbərdarlıqlar, bu xəbərdarlıqlardan nəticə çıxarmayanların sonda cəzalandırılması olara qarşı mübarizənin bitmədiyini göstərir. Ona görə də, məhz bu gün yüksək vəzifəli Əli Həsənovun nəvəsinin babasının “şot”una “şellənmə”si onlara baha başa gələcək.

Baxmayaraq ki, baba qəza ilə bağlı açıqlamada defakto nəvəsindən imtina edib. O “hüquqi dövlətdə məsuliyyət fərdidir” deməklə yaxasını qırağa çəkməyə çalışıb. Lakin beləsindən soruşmaq lazımdır ki, babası Əli Həsənov olmayan minlərlə gəncdən hansı belə addımlar ata bilər? Bu yerdə bir neçə il əvvəl ölkədə əzbər deyilən Namiq Qaraçuxurlunun məşhur meyxanasının xatırladaraq soruşmaq istəyirik. Əli Həsənov nəvəsinə “Gəz dolan kafe-restoran, babanın gül balası” deməsəydi, bu gün belə situasiya yaşanardımı?

İndi sizə daha bir dəhşətli görüntüləri təqdim edirik. Və soruşmaq istəyirik ki, babası Baş nazirin müavini olmayan hansı gənc belə maşın kolleksiyası toplaya bilər?!








Xəbər 1427 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +