Nazir müavini işdən çıxarıldı
VİCDANLARI SUSDURMAYAQ!
Consonun köşə yazısı...
Mehriban Əliyeva onları təbrik etdi
Prezident “Qida təhlükəsizliyi haqqında“ qanunu təsdiqləyib
Bu qurumda yükdaşıma ondan da betər gündəymiş...
DTX əməliyyat keçirdi - Saxlanılanlar var
MTN-nin polkovnikinə hökm oxunub
Elçin Əlibəyli Dilruba Vaqifzadədən boşanır - Foto
Ukrayna ordusu Severodonetski tərk edir


07.08.2017  13:09 

“Maqa”nın atası işdən niyə çıxarılıb?





A+  A-

Avqustun 3-də Bakının Heydər Əliyev prospektində dəhşətli qəza ilə nəticələnmiş hadisədən əvvəl "Galendewagen" markalı avtomobil ilə yarışan 99 FS 777 dövlət nömrə nişanlı "Mazda" avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılovun həbs olunması barədə xəbər vermişdik.
Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın sədrliyi ilə keçirilən prosesdə avtoxuliqanlıqda günahlandırılan Mirməhəmməd İsmayılov bir ay müddətinə inzibati həbs cəzasına məhkum edilib.

XəzərNews.az Qaynarinfo-ya istinadən xəbər ki, "Maqa" ləqəbi ilə tanınan Mirməhəmməd İsmayılov Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin sabiq rəis müavini, polis mayoru Əlövsət İsmayılovun oğludur.

Ə. İsmayılov 2016-cı ildə işdən azad olunub. Həmin ilin 11 yanvarında Aznews.az saytının yaydığı məlumatda bildirilirdi ki, daxili işlən naziri Ramil Usubov Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin rəis müavini, polis mayoru Əlövsət İsmayılova ağır cəza verib. Nazir onu vəzifəsindən kənarlaşdırmaqla yanaşı, daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı əmr imzalayıb.

Məlumata görə, Əlövsət İsmayılov DYPŞ-ə təyin edilməmişdən əvvəl DİN-də daha yüksək vəzifə tuturmuş. Lakin o, işində yol verdiyi nöqsanlara görə postundan uzaqlaşdırılıb və cəza olaraq rəis müavini təyin edilib.

Qəzada iştirak edən və həbs olunan Mirməhəmməd İsmayılovun da Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində çalışdığı bildirilir.

O, sosial medianın fəal istifadəçilərindən olub. Mirməhəmməd İsmayılov tez-tez dəbdəbəli həyatını əks etdirən fotolarını sosial media paylaşaraq özünü gündəmə gətirib.

Xatırladaq ki, avqustun 3-də baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb.

Xəbər 1357 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.06.2022  23:02 

VİCDANLARI SUSDURMAYAQ!

24.06.2022  20:57 

Consonun köşə yazısı...

24.06.2022  18:08 

Bakıda KÜLƏK əsəcək

24.06.2022  16:30 

MTN-nin polkovnikinə hökm oxunub

24.06.2022  11:44 

Prezident Bernard Lunini qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +