“Polis də, sığorta şirkəti də mənimlə maraqlanmır”
“Qarabağ” – “Neftçi” - 4:1
İmtahanların NƏTİCƏsi nə zaman elan olunacaq?
COVID-19-a 1 yoluxma, ölən yoxdur
Səlim Müslümovun səhhətində problem yaranıb
Mövqelərimiz atəşə tutuldu
Qadınları Türkiyədə satırmış - Həbs edildi
“Onlar Milli Məclisdə gün keçirməklə məşğuldurlar”
İtkin düşən hərbçilərmizin axtarışı davam edir
Yasamalda ağacları belə kəsdilər - Video


02.08.2017  14:32 

Qadın sürücü məhkəməyə veriləcək - Polisdən açıqlama





A+  A-

Bakıda xanım sürücünün vəzifə başında olan DYP əməkdaşının videosunu çəkərək sosial şəbəkələrdə paylaşması geniş müzakirələrə səbəb olub.
Videonu paylaşan iddia edir ki, sözügedən DYP əməkdaşı qaydanı pozan xanım sürücüləri saxlayaraq onlarla münasibət qurmağa çalışır, öz telefon nömrəsini təqdim edir.

O, həmçinin qeyd edib ki, 10-P-048 dövlət nömrə nişanlı YPX-yə məxsus motosikletin sahibi, yol polisi ona əxlaqsız təklif edib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Lent.az-a açıqlama verib. DYP rəsmisi bildirib ki, həmin faktla bağlı araşdırma aparıblar:

“Araşdırmamız zamanı məlum olub ki, həmin qadın yol polisinə iftira atıb. Biz həmin vaxtı əməkdaşımızda olan mikrofon vasitəsi qadının səsinə qulaq asmışıq. Məlum olub ki, bu qadın nəqliyyat vasitəsini təhlükəsizlik kəmərini istifadə etmədən idarə edib. Buna görə də motosikletlə xidmət aparan DYP əməkdaşı ona saxla əmrini verib. Lakin xanım sürücü bu əmrə tabe olmayıb. O, "Şəhidlər Xiyabanı" istiqamətinə gedərkən avtomobil saxlanılıb. Səs yazılarından görünür ki, həmin qadın polisə hədə-qorxu gəlir. Polis isə vəzifə borcunu yerinə yetirərək protokol tərtib edib. Ondan qisas almaq istəyən qadın isə bu cür əməl törədib. Əlimizdə səs yazıları və video görüntülər var. Bununla bağlı yekun açıqlamamızı ictimaiyyətlə bölüşəcəyik”.

Vaqif Əsədov həmçinin qeyd edib ki, həmin qadınla bağlı tədbir görüləcək: “Onu polisə şər atdığı üçün məhkəməyə verəcəyik. Bu qadının hazırda avtomobilində 18 cərimə balı da var. Hətta 2015-ci ildə 1 il müddətinə sürücülük vəsiqəsindən də məhrum edilib”.

DYP sözcüsü eyni zamanda qadının videodakı başqa iddiasına da cavab verib: "Guya polis bütün sürücü qadınlara nömrəsini verir. Burdan ona sual verirəm ki, həmin polis sizə nömrə veribsə, onun mobil telefonun nömrəsi deyə bilərsinizmi? Onun bu açıqlamaları sizcə nə qədər düzgündür?”.

Vaqif Əsədov sürücünün kimliyini açıqlamaq istəməyib: “Xanım özü adını və soyadını açıqlamayıbsa, bizim açıqlamamız düzgün olmaz”.

Xəbər 1016 dəfə oxunub.




21.05.2022  19:36 

COVID-19-a 1 yoluxma, ölən yoxdur

21.05.2022  19:28 

Mövqelərimiz atəşə tutuldu

21.05.2022  19:17 

Qadir ağrısı...

18.05.2022  09:23 

13-cü mənzildə QƏTL - VİDEO


BÜTÜN XƏBƏRLƏR +