Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


02.08.2017  10:52 

“8-ci kilometr” bazarı dünyanın ən çirklənmiş bazarlarından biridir“ - FOTOLAR





A+  A-

Eyyub Hüseynov: “Ora murdar ətlərin, leşlərin satıldığı yerdir”
Yay aylarında qida zəhərlənmələri qışa nisbətən daha çox olur. Bu da təbiidir, çünki ərzaq məhsulları bir çox hallarda isti havalarda düzgün temperaturda saxlanılmır. Təəssüf ki, dəfələrlə aidiyyəti qurumlar tərəfindən isti havalarda ərzaq məhsullarının açıq havada, Günəş şüası altında satılmaması tövsiyə edilsə də, buna məhəl qoyan yoxdur. Bu gün açıq və isti havada toyuqdan tutmuş, pendirə, südə qədər hər şey satılır. Hətta ət dükanlarında belə asılmış və istidən qaralmış ətlərə rast gəlmək mümkündür.

Bu cür ərzaq məhsullarına daha çox bazarlarda və yol kənarlarındakı dükanlarda rast gəlinir. İstidən rəngi qaralmış toyuq və ətlərə isə ən çox “Vosmoy” kimi tanınan “8-ci kilometr” bazarında rast gəldik. Satıcı ətinin israrla təzə olduğunu desə də, ətin iyi və rəngi Günəş şüası altında iyləndiyini və xarab olduğunu deməyə əsas verirdi.

O cümlədən kənd toyuğu adı ilə satılan toyuqların da dərisinin istidən saraldığını müşahidə elədik. Üstəlik, yerə qutunun üzərinə qoyulan hazır toyuqlar az qalırdı ki, ayaq altda qalsın. Bu toyuqlar bazarın girişində ayaq altda satılır ki, bu da birbaşa mikrob mənbəyidir.

Ət satıcısı Murad Məmmədov ətlərin gündəlik kəsildiyini deyirdi. Ancaq ətlərin gün altında satılması və qaralması onun artıq xarab olduğunu söyləməyə əsas verirdi: “Bura günün altı deyil, kölgədir. Ət xarab olmaz. Alanlar alır, qalanda da qoyuram soyuducuya”.

Bazarın ağartı məhsulları satılan bölümünə isə iydən yaxınlaşmaq mümkün deyil. Qaymaqlardan, şorlardan düzəldilən və üstü açıq şəkildə satılan təpəciklər, yerə qoyulan pendirlər mikrob mənbəyi olsa da, təəssüf ki, alıcıları vardı. Bu ağartı məhsullarının üzərinə toz-torpaq hopmaqla yanaşı, üzərində milçəklər də uçuşurdu. Satıcılara nə səbəbə ərzaqları gigiyenik qaydalara uyğun satmadıqlarını irad bildirdikdə onlar özlərinə haqq qazandırırdılar.

Pendir satıcısı Pərvanə Əliyeva pendirlərinin təzə və təmiz olduğunu iddia elədi. Halbuki pendirlər üstü açıq şəkildə satılır, üzərinə isə yerdəki toz-torpaq, milçəklər qonurdu. Ancaq satıcı bunların heç bir əhəmiyyət kəsb etmədiyini və “pendirdə heç bir bakteriya ola bilməz” deyirdi: “Pendirlərimin dadına baxsanız, necə dadlı olduğunu görərsiniz. Bu cür pendirdə mikrobun olması mümkün deyil. Hamı belə satır. Guya marketlərdəki pendirlər təmizdir? Onlar da bəzən bizdən alıb aparıb satırlar”.

Xatırladaq ki, bu bazar öz natəmizliyi ilə dəfələrlə gündəmə gəlsə də, ucuzluğuna görə əhalinin daha çox üz tutduğu məkanlardandır.

Bu arada Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bugünlərdə mətbuata açıqlamasında yayda açıq hava şəraitində uzun müddət qalan qida məhsullarının istifadəsi zamanı vətəndaşları ehtiyatlı olmağa çağırıb. O bildirib ki, sağlam və balanslı bəslənmə ilə yayda zəhərlənmə və digər sağlamlıq problemlərinin azaldılması mümkündür.

Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a açıqlamasında “8-ci kilometr” bazarının dünyanın ən çirklənmiş bazarları sırasında olduğunu dedi: “Ölkədə qida təhlükəsizliyinə dair qanun yoxdur. Ona görə də cinayət baş verir. Mövcud olan zəif qanunları yerinə yetirən dövlət orqanlarının perspektivsiz bir fəaliyyəti var. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, eləcə də səhiyyə orqanları bu məsələ ilə bağlı mübarizə aparıb qarşısını almalıdır. Lakin effektiv mübarizə getmir. ”8-ci kilometr" bazarı Hindistan və Banqladeş bazarından sonra bəlkə də dünyanın ən çirklənmiş bazarlarından biridir. Uzun müddətdir ki, orada baytarlığın nümayəndələri var. Eyni zamanda uzun müddətdir ki, ora murdar ətlərin, leşlərin satıldığı yerdir. Çox təəssüflər olsun ki, müvafiq dövlət qurumları bu məsələnin çarəsini tapmır və istehlakçılarda bu təhlükəli mallara tələbat yaradırlar. Qanun olmayan yerdə belə hadisələr baş verir. Ona görə də ölkə prezidentinin 10 fevral 2017-ci il fərmanına ümidlə baxırıq ki, Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bəlkə vəziyyət düzələr. Lakin o agentlik qohum-əqrəba üçün iş yeri olsa, şəffaf fəaliyyət göstərən, açıq professionalların yığıldığı bir qurum olmasa, bu qurumdan da müsbət bir şey gözləmək olmayacaq. Çünki bazarda vəziyyət həddindən artıq gərgindir və pisdir".

Qurum sədri onu da bildirdi ki, hər bir qidanın özünün saxlanma şəraiti olmalıdır: “Nazirlər Kabinetinin 94 saylı qərarına görə, qidalar mütləq bükülməli, üzərində buraxılma tarixi və son yararlılıq müddəti olmalıdır. Bu barədə çoxlu göstəricilər var. Lakin buna əməl olunmur. Belə vəziyyətdə də təhlükəli qidalar satılır. Bunun da nəticəsini görmək üçün əhalinin apteklərdə növbəyə durmasına fikir vermək lazımdır. İnsanlar növbəyə durub dərman alırlar. Bu da bizim nə yediyimizi göstərir”.




Xəbər 1361 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +