Məktəb qrant layihələrinə ayrılan milyonları kimlər mənimsəyir?
İstanbulda güclü yanğın baş verib
Azərbaycan hərbi tarixinə AĞIR İTKİ
Adnanın neft fırıldağında gizli şəbəkə və Rusiya amili - Sensasion detallar
Polşa təyyarələri havaya qalxdı...-BU ÖLKƏYƏ GÖRƏ
Papoyan ABŞ-a səfər edəcək
Tramp bu prezidentlərlə ağ evdə görüşəcək
Pezeşkian: Nüvə obyektlərimizi vursalar...
Zelenski “Koreya ssenarisi”nə müraciət edib
Adnan Əhmədzadənin həbsində sensasion detallar üzə çıxdı


01.08.2017  12:38 

Boş qalan yerlər avqustun 15-dən sonra elan ediləcək





A+  A-

İxtisas seçimi avqustun 10-da bitdikdən sonra ali məktəblərə yerləşdirmənin I mərhələsi aparılacaq və avqustun 15-dən sonra boş qalan yerlər elan ediləcək.
XəzərNews.az Trend-ə istinadən məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, boş qalan plan yerlərinə sənəd qəbulunun avqustun 15-dən 19-dək aparılması, nəticələrin avqustun 20-də elan edilməsi nəzərdə tutulur.
M.Abbaszadə bildirib ki, qəbulun I mərhələsində qəbul olunanlar mütləq avqustun 15-dən 25-dək qəbul olduqları ali məktəblərdə qeydiyyatdan keçməlidirlər. Əks halda, onların yerləri vakant hesab olunacaq və onlar haqqında əmr verilməyəcək.

Bu il ali məktəblər üçün 42 806 plan yerinin təqdim olunduğunu deyən M.Abbaszadə bildirib ki, bu say ötən illə müqayisədə 2 faiz çoxdur.

M.Abbaszadənin sözlərinə görə, I qrupda bu göstərici 1 faiz, II qrupda 5 faiz artıb, III qrupda demək olar ki, eyni qalıb, IV qrupda 3,5 faiz azalma, V qrupda isə təxminən 8 faiz artım var.

Əsas müsabiqə vəziyyətinin dövlət sifarişli ixtisaslar üzrə yarandığını deyən M.Abbaszadə qeyd edib ki, digər ixtisaslara nisbətən dövlət sifarişli ixtisaslar üzrə ballara olan tələblər daha sərtdir.

M.Abbaszadə əlavə edib ki, I qrup üzrə 13805 yer olsa da, 200 baldan yuxarı nəticə göstərənlərin sayı 12086 nəfərdir. Bu, o deməkdir ki, həmin abituriyentlər öz ixtisaslarını düzgün seçsələr, onların hamısı ödənişli təhsil forması üzrə ali məktəblərə qəbul oluna bilərlər.

DİM-in Direktorlar Şurasının sədrinin sözlərinə görə, yerlərin sayı və müsabiqəyə buraxılanlar müqayisə edilsə, görmək olar ki, I qrupda təxminən 1200 yer boş qalacaq:

"Bundan başqa, bu qrupda bəzi ixtisaslar üzrə müsabiqə balı aşağı salındığından onlara 150 baldan 200 baladək toplayanlar da sənəd verə bilərlər. Bu qrupda 200-150 bal arasında bal toplayan təxminən 3089 nəfər iddiaçı var. Həmin abituriyentlər müsabiqə balı 150-yə enən 935 yer üçün iddiaçi ola bilərlər.

Hər qrupa aid belə ixtisaslar var. II qrupda 12924 plan yeri var. Bu qrup üzrə kifayət qədər özəl ali məktəblər yer verdiyindən yerlərin çoxu onların payına düşür. II qrupda 490-dan çox bal toplayanların dövlət sifarişli ixtisaslar üzrə qəbul olma şansı ola bilər”.

Xəbər 2868 dəfə oxunub.




20.09.2025  20:32 

Papoyan ABŞ-a səfər edəcək

20.09.2025  19:47 

Tovuzda kişi meyiti TAPILIB

20.09.2025  19:42 

Sabiq direktora HÖKM OXUNDU -FOTO

20.09.2025  19:32 

Goranboyda AİLƏ FACİƏSİ

20.09.2025  19:28 

Daha bir soydaşımız həlak oldu

20.09.2025  18:21 

“Formula 1“də daha biz qəza

20.09.2025  17:38 

Adnan Əhmədzadə həbs EDİLDİ

19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA


BÜTÜN XƏBƏRLƏR +