“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


28.07.2017  16:25 

“On beş aydır maaş üzünə həsrətik” - Güləşçilər narazıdır + Video





A+  A-

Bu gün güləşçilər qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.
Jurnalistlərə açıqlama verən Yunan-Roma güləşi üzrə dünya çempionu, “Rio-2016″nın bürünc mükafatçısı Rəsul Çunayev deyib ki, artıq 1 ildir ki, təlim-məşq toplanışı keçmirlər: “Bir ildir ki, federasiya tərəfindən bizə maaşlar, mükafatlar verilmir. Biz dövlətimizi, vətənimizi təmsil edirik. Əsgərlər silahı olmadan müharibə apara bilmədiyi kimi, biz də təlim-məşq toplanışları keçirmədən yüksək nəticə əldə edə bilmirik. Üzdə olan adamlar bizik, uduzanda saytlar, insanlar bizim haqqımızda pis fikir səsləndirirlər. Bizə şərait yaradılanda yüksək səviyyədə çıxış edirdik, hazırda şəraitsizik. Hətta zallarda su belə yoxdur, krantdan doldurub içirik. Məşqçilər, masajistlər, həkimlər maaşlarını ala bilmədiyi üçün çıxıb gedib. Bizim də başqa işimiz yoxdur, sırf idmanla məşğul oluruq.

Cənab prezidentimizin dəstəyi ilə yarışlarda yüksək səviyyədə çıxış etmişik. Təəssüflər olsun ki, son 1 ildə federasiyada yaradılan gərginliklər bizim nəticələrimizə təsir edir. 3 həftədən sonra dünya çempionatına getməliyik. Komandanın isə 70 faizi zədəlidir. İdmançıların heç birinin müalicə olunmaq imkanı yoxdur.

Olimpiyadadan sonra əməliyyat olunmaq üçün 3 ay gözlədim. Məni də müalicə etmədilər, öz hesabıma Türkiyədə əməliyyat olundum. Aramızda elə uşaqlar var ki, məşqə gəlməyə pulları yoxdur. Getdik təlim-məşq toplanışına, yemək olmadığı üçün bizi oteldən çıxartdılar. İki ildir bizə forma da verilmir, yarışlarda köynəklərimizi bir-birimizə verib dəyişirdik. Tam forma ilə yarışlara qatılan başqa ölkələrin komandaları qarşısında utanırdıq. Bizə rəsmilər çıxıb demir ki, pul yoxdur, maliyyə ayrılmayacaq, hər kəs də öz işini bilər. Bu gün, sabah deyə-deyə ilyarımdır problemlər davam edir”.

Sərbəst güləş üzrə millinin üzvü Hacı Əliyev də vəziyyətlə bağlı danışıb. O deyib ki, gənc idmançıların məşqə gedib-gəlməyə imkanı yoxdur:

“İlk növbədə cənab prezidentimizə təşəkkür edirəm ki, bizə hər bir şəraiti yaratmışdı. Amma bu gün bir sıra problemlərlə qarşılaşmışıq. “Rio-2016″da 9 medal qazandıq, bu, zarafat deyil. Bizim bura yığışmağımızın məqsədi odur ki, bu qədər gənclərimiz ciddi problemlərlə üzləşiblər.

Federasiyanın vitse-prezidenti Namiq Əliyevi axırıncı dəfə “Rio” olimiya oyunlarında görmüşəm.Ondan sonra heç vaxt zallara gəlməyib. Əli Ömərovla danışmışıq, o da deyir düzələcək, baş məşqçimiz də müalicədədir.

Yarıdan çoxu kasıb uşaqlardır. Hamısı bayrağı ucaltmaq arzusu ilə alışıb-yanır. 15 aydır ki, maaş üzünə həsrətik. Dünya çempionatına çox az vaxt qalıb. Gedib dünya çempionatında məğlub olmaqdansa, getməmək yaxşıdır. Müraciət edirik, deyirlər gözləyin, yaxşı olacaq. Belə olsa, heç bir komanda dünya çempionatına getməyəcək. Diqqət olmasa, nəticə də olmayacaq. Bizə demişdilər İslam Oyunlarından sonra problemlər həll olunacaq".

İdmançılar bildirib ki, sözügedən problemlərdən Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin də xəbəri var.”


(qafqazinfo.az)

Xəbər 1221 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +