Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


27.07.2017  11:37 

Röya villanın alınmasından danışdı - “…Az baltalayın”





A+  A-

Əməkdar artist Röya Ayxan eks-qayınatası, “Çudo Peçka”nın sahibi Çingiz Cəlilovun həbsi və ailənin ona verdiyi villanın müsadirə olunmasına münasibət bildirib.
XəzərNews.az bildirir ki, müğənni “Qafqazinfo”ya açıqlamasında sözügedən mülkün əlindən alınmasına aydınlıq gətirib.

O qeyd edib ki, həmin ev mətbuatda yazıldığı kimi, Ç. Cəlilovun həbsindən sonra deyil, daha öncə əllərindən alınıb:

“Mən onlardan nə bir manat istəyirəm, nə də götürərəm. Heç kimin malında, mülkündə gözüm yoxdur. Dünən mediada yazılıb ki, bizə verilən villa da müsadirə olunub. Demək istəyirəm ki, həmin ev dünən deyil, borc məsələsi gündəmə gələndən sonra təhvil verilib”.

Röya eks-həyat yoldaşının ailəsinin hazırkı vəziyyətindən də danışıb:

“Xahiş edirəm, biri yıxılanda onu az baltalayın. Onlar hazırda bir evdə yaşayırlar, bütün ailə o evə sığınıb. Gözüdoymayan adamın şəhərdə bir evi olar? Hər kəsi ədalətli olmağa çağırıram”.

Xəbər 3445 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +