Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək


18.07.2017  13:15 

Həbs olunan sahibkarın ailə üzvləri: “Faiq Seyidov əmlakımızı ələ keçirmək istəyir“





A+  A-

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində bir neçə ay əvvəl “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri Seyidov Faiq Sadiq oğlu ilə aralarında yaranan mübahisə zəminində həbs olunan sahibkar Azadxan Xanməmmədovun vəkili Ceyhun Yusifov, qardaşı Əlifağa Xanməmmədov, həyat yoldaşı Əsmər Fətullayeva, oğlu Tural Xanməmmədov və qardaşı oğlu Cavid Xanməmmədovun birgə mətbuat konfransı olub.
XəzərNews.az xəbər verir A.Xanməmmədovun vəkili C.Yusifov bildirib ki, mətbuat konfransının məqsədi ictimaiyyətə, dövlət orqanlarına, media qurumlarına və bu məsələ ilə əlaqədar səhv təsəvvürü olan bütün şəxslərə müdafiə etdiyi şəxsin başına gələn faciənin tam təfərrüatı, dəqiqliyini, sübutlarını və səbəblərini təqdim etməkdir: “İlk öncə Cənab Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya azad sahibkarlığın inkişafı üçün yaratdıqları şəraitə görə öz təşəkkürümüzü bildiririk. Cənab Prezident və birinci vitse-prezident hər zaman öz humanistlikləri ilə seçiliblər və bütün məsələlərə düzgün və ədalətli qiymət veriblər”.
A.Xanməmmədovun sahibkar kimi şəffaf və qanunlar çərçivəsində fəaliyyət göstərdiyini diqqətə çatdıran vəkil C.Yusifov müdafiə etdiyi şəxsin “Xaliq Faiq oğlu” MMC-nin rəhbəri F.Seyidov tərəfindən şərlənərək əsassız yerə həbs edildiyini bildirib: “A.Xanməmmədovun əsas məqsədi xüsusi mülkiyyətində olan 2100 kv.m. sahənin F.Seyidov tərəfindən ələ keçirilməsinin qarşısını almaq olub. Belə ki, F.Seyidov mülkiyyətimizdə olan əmlakdan 5 ildən çoxdur ki, qanunsuz olaraq istifadə edir və bunun müqabilində icarə haqqının ödənilməsindən belə boyun qaçırır. Xahişlərimizə, özünə və müvafiq orqanlara etdiyimiz müraciətlərə baxmayaraq, F.Seyidov tələblərimizə məhəl qoymur və ondan şikayət etməmək üçün ailəmizi hədələyir, müxtəlif yollarla təzyiq göstərir”.
Vəkil bildirib ki, hadisədən bir neçə gün öncə A.Xanməmmədov F.Seyidov tərəfindən zəbt edilmiş əmlakının boşaldılması barədə məhkəməyə və özünə müraciət edib: “F.Seyidov qeyd olunan məsələdən xəbər tutduqdan sonra həmin əmlakın yerləşdiyi binada təxribat törədəcəyini və A.Xanməmmədovun ailəsini hədələyərək hamısını zindanlarda çürüdəcəyini bildirib. A.Xanməmmədov isə əmlakın onun adına olmasından, həmin əmlakın yararsız hala düşməsindən, habelə binada təxribat törədiləcəyindən və nəticədə sadə insanların zərər çəkməməsindən ehtiyat edərək obyektləri qorumaq məqsədilə qanunauyğun şəkildə “Riyad” Mühafizə Xidməti ilə müqavilə bağlayıb. Mühafizə Xidməti ərazinin mühafizəsini həyata keçirməyə başlayan zaman F.Seyidov və onun tərəfdarları tərəfindən əvvəlcədən planlaşdırılmış təxribat xarakterli hərəkətlərə yol verilərək məqsədli şəkildə münaqişə yaradılıb və nəticədə onlar hadisədə heç bir iştirakı olmayan A.Xanməmmədovu həbsinə nail olublar. A.Xanməmmədov barəsində cinayət işi qaldırılıb və 3 ay müddətində həbs qətimkan tədbiri seçilib”.
Vəkil hazırda işlə bağlı istintaq getdiyini, hər zamankı kimi, Azərbaycan Respublikasının qanunlarına arxalandıqlarını bildirib: “Biz düzgünlüyümüzə əminik, çünki, A.Xanməmmədov ümumiyyətlə baş vermiş hadisənin iştirakçısı olmayıb, xuliqanlıq etməyib, sadəcə əmlakının mühafizəsi üçün qanunvericiliyin tələblərinə uyğun müqavilə bağlayıb. Bu məsələ ilə bağlı “Riyad” Mühafizə Xidmətinin mediaya verdiyi rəsmi açıqlama da var. Açıqlamada bildirilir ki, hadisədə zərərçəkən sahibkarla yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədi ilə girişdə durublar. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar”.
Vəkil əlavə edib ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlamasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb: “Yuxarıda qeyd olunanlar bir daha A.Xanməmmədovun niyyətinin obyektin girişində münaqişə yaratmaq deyil, sadəcə hazırlanacaq təxribatların qarşısını almaq və mühafizənin hansı formada təşkil edilməsi barədə Mühafizə Xidmətinin əməkdaşlarına məlumat verməkdən ibarət olub. Həmçinin, bildiririk ki, qarşı tərəfin mediaya təqdim etdiyi video görüntülərdə A.Xanməmmədovun baş vermiş münaqişədə iştirakı öz təsdiqini tapmayıb, çoxsaylı müraciətlərə baxmayaraq həmin video görüntülərin tam şəkildə təqdim edilməsi təmin edilməyib”.
C.Yusifov bildirib ki, müdafiə etdiyi şəxs həbs edildikdən sonra F.Seyidov əmlakın ona verilməyəcəyi təqdirdə A.Xanməmmədovun daha ağır maddələr ilə ittiham olunacağı ilə hədələyir: “Halbuki, cinayət hüququnda və məhkəmə praktikasında ümumiyyətlə CM-nin 221.2.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi yalnız və yalnız müstəsna hallarda nəzərdə tutulmuşdur. Hətta cənab Prezident İlham Əliyevin cəza siyasətinin hümanistləşdirilməsi ilə bağlı imzaladığı son sərəncamında belə bu tipli işlərə həbs qətimkan tədbirinin seçilməməsi öz əksini tapmışdır. Buna baxmayaraq, A.Xanməmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Apelyasiya şikayəti verməmizə baxmayaraq, qərar dəyişdirilmədən saxlanılmışdır. Bu isə qanunvericiliyin tələblərinin pozulması cinayət hüququnda nəzərdə tutulmuş humanistlik prinsipinin nəzərə alınmamasıdır”.
Mətbuat konfransında iştirak edən sahibkarın ailə üzvləri A.Xanməmmədovun ağır ürək xəstəsi olduğunu bildiriblər: “Onun gündəlik həyat tərzi ağır şəkildə stasionar müalicə ilə keçir, bir neçə dəfə əməliyyat olunub, ürəyinə stend qoyulub, digər ürək damarları da 50 % nisbətində çalışır. Hazırda 2 aya yaxındır nə həkim nəzarəti var, nə də dərmanlarını qəbul edir. Hətta Apelyasiya Məhkəməsində hakimlər və digər iştirakçılar da ona şahid oldular ki, A.Xanməmmədovun ürəyinin ağrısı möhkəm tutduğuna görə o yerindəcə şok keçirdi”.
Sonda A.Xanməmmədovun ailə üzvləri Prezident İlham Əliyevə müraciət edərək həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini xahiş ediblər.






Xəbər 4196 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına


BÜTÜN XƏBƏRLƏR +