Yardımlı dağlarında YANĞIN başladı
Əbülfəz Elçibəyin vəfatından 19 il ötür
Atəşkəsdən nə xəbər?
Goranboyda zəlzələ oldu
Yenə qaz olmayacaq
Bakıda ağır qəza - 3 qadın yaralandı
Bu keçid bağlanır
Bakıda 17 yaşlı qıza təcavüz edilib
84 yaşlı kişi özünü asdı
Bu yay 29 nəfəri gün vurub


18.07.2017  13:14 

Həbsdəki general Elçin Quliyevdən “çox şeyi danışacam” anonsu





A+  A-

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi: “İstəsəm ölkədən elə qaçardım ki, izimi-tozumu tapa bilməzdilər”
MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Musavat.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər dindirilib.

Qeyd edək ki, ittihama görə, 2015-ci ildə Maqsud Mahmudov MTN-ə çağırılıb və ondan hədə-qorxu yolu ilə 120 min dollar pul alıblar.
Məhkəmədə şahid qismində zərərçəkmiş iş adamının dostu Aslan Qəhrəmanov ifadə verib.

O bildirib ki, Maqsud Mahmudov 2015-ci ilin yayında ona zəng edib və görüşmək istədiyini bildirib:

“Onunla görüşdüm. Görüş zamanı Maqsud bildirdi ki, onu MTN-ə çağırıblar, şantaj edirlər, 120 min dollar istəyirlər. Maqsud bildirdi ki, pulun çatdırılması üçün ona bir gün vaxt veriblər. Bizim obyektlərimiz var idi. Biz dost olmaqla yanaşı, həm də kirvə idik. Buna görə də aramızda pul söhbəti olmayıb. Maqsud təklif etdi ki, mənim obyektim kiçik olduğu üçün onu sataq və əldə olunan pulu MTN-ə verək, sonra bu məsələni öz aramızda həll edək. Həsən Əliyev küçəsində olan mağazanı tələsik satdıq və əldə olunan 60 min dolları götürərək MTN-ə gəldik.

Yaxınlıqdakı parkda maşını saxladıq. Maşından düşəndə Maqsud orada onu gözləyən Azər Mehdiyevlə söhbət etməyə başladı. Həmin zaman kənarda olduğum üçün pulun verilməsini görməmişəm. Maqsud geri qayıdanda bildirdi ki, pulu MTN işçilərinə verib".

Zərərçəkmişin kirvəsi əlavə edib ki, pulu polkovnik Azər Mehdiyev tək almayıb.

Onun sözlərinə görə, kirvəsi Maqsud bu işdə Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyevin və həmin mərkəzin əməkdaşı Ayaz Gərayzadənin də adını çəkirmiş.

Zərərçəkmiş Maqsud Mahmudov bildirib ki, pulu Azər Mehdiyevə və Ayaz Gərayzadəyə verib.

Məhkəmədə şahid qismində ifadə verən Marik Şamilov isə bildirib ki, 2009-cu ildə anasına məxsus olan ev plana düşüb və aldığı pulla Salyan yolu 32 ünvanında torpaq sahəsi alıb.

Onun sözlərinə görə, həmin torpaq sahəsinin bələdiyyədən alınmış sənədləri olub.

M.Şamilov 2 ildən sonra torpaq sahəsinə gələndə görüb ki, orada ondan xəbərsiz tikinti işləri gedir:

“Bildirdim ki, bu torpaq sahəsini mən almışam. Orada işləyənlər dedilər ki, gözlə, torpağı alan sahibkar gələcək. Bir qədər sonra Maqsud ora gəldi. O bildirdi ki, torpağı ona satıblar. Bir az sonra ora torpağı satan Elşən və Nizaməddin gəldi. Onlar Maqsudu kənara çəkdilər və söhbət etdilər. Sonra mənə dedilər ki, torpaq məsələn həll ediləcək. Amma gözləsəm də, bu məsələ həll edilmədi”.

Şahid Marik Şamilov deyib ki, bununla bağlı dəfələrlə polis və prokurorluğa şikayət edib, məhkəməyə üz tutub. Amma bir nəticəsi olmayıb.
“Mənə torpağı satanlar Maqsudun dostları idi. Sonra onlar mənə hədə-qorxu gəlməyə başladılar. Həmin ərəfədə Maqsudla telefonla danışsam da, o mənə hədə-qorxu gəlməyib. Torpağı satanlar mənə hədə-qorxu gəldiyi üçün MTN-ə şikayət etdim. MTN-ə kiminsə tapşırığı ilə şikayət etməmişəm. MTN-in qəbul şöbəsində ərizə yazmışam”, - deyə şahid bildirib.

Bu ifadəyə münasibət bildirən Maqsud Mahmudov isə söyləyib ki, bu şikayətdən sonra ondan 120 min dollar alıblar:

“MTN-dən Ayaz mənə dedi ki, həmin pulun 10 min dolları Marikə çatıb. Bununla bağlı Ayaz Gərayzadənin də, digər MTN əməkdaşlarının da ifadələrində var”.

Həbsdə olan MTN polkovniki Azər Mehdiyev isə deyib ki, həmin ərəfədə “Atletlər kəndi”də keçirilən tədbirlə bağlı qurulan əməliyyat qrupunun üzvü olub və işə gəlmirmiş:

“Ancaq ”Atletlər kəndi"də olurdum. İyulun 2-də işə çıxdım. Mənə qovluqda ərizə verdilər ki, bu məsələni araşdırım. Həmin günü Maqsuda zəng etmədim. Buna görə mənə dedilər ki, niyə zəng etməmisən? Mən də günün ikinci yarısında Maqsuda zəng elədim və MTN-ə çağırdım. Onun izahatını alandan sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılması üçün nazirin imzası olub. Buna görə də mən də rəsmi qaydada araşdırma aparmışam. Marik Şamilovun şikayət ərizəsi ilə bağlı qaranlıq məqamlar var. Onları burada açıqlamaq istəmirəm.

Bununla bağlı qapalı iclasda geniş danışacam".

Həbsdəki general Elçin Quliyev isə bu ifadələrlə bağlı bunları deyib: “Bu işlə bağlı İlqar Əliyevin (həbsxanada intihar edən polkovnik-red.) ifadələrinə istinad olunur. Amma həmin ifadələri mənə təqdim etmədilər. Bildirdilər ki, həmin ifadə dövlət sirridir. Eyni zamanda Ayaz Gərayzadə və Ramin Hümmətov da ifadə veriblər. Sonradan bu şəxslər yoxa çıxıb. Bu məsələ ilə bağlı qapalı iclasda geniş danışacam. Mən çox şeylər danışacam. Danışandan sonra görəcəksiz ki, necə əməliyyatçı olmuşam. Sübut edəcəm ki, bu işdə heç bir fakt yoxdur. MTN-də baş verən olaylardan sonra iki ay işimdə qalmışam, sonra başqa işdə işləmişəm. Sonradan mənim və həyat yoldaşımın ölkədən çıxışına ”stop" qoyulub. İki uşaq anasının ölkədən çıxışına “stop” qoyulur. Hara qaçacaqdı? Mən uzun illər xüsusi xidmət orqanında işləmişəm. Özümdə günah hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir şəxs olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. İlqar Əliyev həbs olunandan sonra guya ifadə verib. Amma həmin ifadə ortalıqda yoxdur. Sonradan Ayaz və Ramin könüllü ifadə veriblər, cinayətlərini etiraf ediblər. Bu şəxslərin ölkədən çıxmalarına “stop” qoyulmalı halda, qoyulmayıb. Onlara ölkədən çıxmalarına şərait yaradılıb".

Maqsud Mahmudov Elçin Quliyevin arayışına cavab verib: “Məni MTN-ə aparıbsız? Guya dövlətə xəyanət etmişəm, amma həbs etməyibsiz”.
General Elçin Quliyev isə cavab verib ki, MTN-ə gətirilən hər kəsi həbs etmirdilər.

Məhkəmə prosesi davam edir.

(musavat.com)

Xəbər 1190 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2019  11:17 

Atəşkəsdən nə xəbər?

22.08.2019  11:05 

Goranboyda zəlzələ oldu

22.08.2019  10:32 

Yenə qaz olmayacaq

21.08.2019  20:37 

Məhərrəm Qurbanov vəfat etdi

21.08.2019  18:11 

Məzənnə eynidir

21.08.2019  17:38 

Bu keçid bağlanır

21.08.2019  16:24 

84 yaşlı kişi özünü asdı

21.08.2019  14:54 

Bu yay 29 nəfəri gün vurub


BÜTÜN XƏBƏRLƏR +