İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


17.07.2017  16:12 

“İki uşaq anası hara qaçacaqdı?” - General sərt danışdı





A+  A-

Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşları – polkovnik Azər Mehdiyev və digər 2 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə zərərçəkmiş, iş adamı Maqsud Mahmudovun epizodu üzrə şahidlər ifadə verib. Aslan Qəhrəmanov deyib ki, kirvəsi M.Mahmudov MTN-ə çağırılıb şantaj və 120 min dollar tələb edildiyini deyib: “Mənim obyektimi tələsik 60 minə satdıq. Pulu götürüb Maqsudla MTN-ə gəldik. O, orada Azər Mehdiyevlə görüşdü. Mən maşında qaldığım üçün pulu kimə verdiyini görmədim. Azər tək deyildi. Amma Maqsud İlqar Əliyevin və Ayaz Gərayzadənin də adını çəkirdi”.

Digər şahid Marik Şamilov isə MTN-ə Maqsud Mahmudov haqda şikayət etdiyini bildirib:

“Salyan yolu prospektində torpaq almışdım. Bir gün gəlib gördüm ki, tikinti gedir. Maqus ora gəlib dedi ki, torpağı o alıb. Mənə torpağı Elşən və Nizaməddin satmışdı. Onlar Maqsudu kənara çəkib nəsə danışdılar, sonra dedilər həll edəcəyik. Amma bir nəticə olmadı, mən də MTN-ə şikayət yazdım”. M.Mahmudov deyib ki, bu şikayət əsasında ondan 120 min dollar alıblar.

Təqsirləndirilən Azər Mehdiyev deyib ki, həmin vaxt Avropa Oyunları ilə bağlı “Atletlər kəndi”ndə qurulan əməliyyat qrupunun üzvü olub: “İyulun 2-də işə çıxanda mənə qovluq verib araşdırmağımı tapşırdılar. Maqsudu MTN-ə çağırıb ifadəsini aldım, sonra materialı rəhbərliyə göndərdim. Bu işin araşdırılmasında nazirin imzası var idi, buna görə də araşdırdım. Marik Şamilovun ərizəsi ilə bağlı qaranlıq məqamlar var, onları qapalı iclasda geniş danışacağam”.

General Elçin Quliyev də bu epizodla bağlı qapalı iclasda danışacağını deyib: “Bu məsələdə İlqar Əliyevin ifadələrinə istinad edirlər, amma həmin ifadələr ortada yoxdur. Mənə dedilər ki, həmin ifadə dövlət sirri təşkil edir. Buna görə də tanış olmaq üçün mənə vermədilər. Mən qapalı iclasda çox şeyləri danışacağam. Görəcəksiniz ki, necə əməliyyatçı olmuşam. MTN-dəki olaylardan sonra 2 ay işimdə qaldım, sonra başqa işə keçdim. Bundan sonra mənim və həyat yoldaşımın ölkədən çıxışına “STOP” qoyuldu. İki uşaq anası hara qaçacaqdı? Mən uzun müddət xüsusi xidmət orqanında işləmişəm. Özümdə günah hiss etsəydim, başqaları kimi qaçardım. Mənim kimi ölkədən qaçmağa imkanı olan ikinci bir adam olmayıb. Elə qaçardım ki, izimi-tozumu da tapa bilməzdilər. Maqsud Mahmudov özü də bilir ki, MTN-ə niyə çağırılıb. Ukrayna hadisələrinə görə çağırıldı və dindirildi.

İcra hakimiyyətinin başçısının müavinin epizodu üzrə şahidlər MTN-in 2-ci ya da 3-cü mərtəbəsinə çıxdıqlarını deyirlər. Bunu da dəqiq demirlər, pilləkənləri çıxanda neçənci mərtəbədə olduqları bilməyiblər? Antiterror mərkəzi binanın birinci mərtəbəsində olub. Şahidlərin heç biri də birinci mərtəbədə olduğunu deməyib. Nazirliyin 3-cü mərtəbəsində nazir əyləşib, ikinci mərtəbədə isə başqa idarələr yerləşib”.

Bundan sonra proses qapalı davam etdirilib.

Xəbər 1165 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +