Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


17.07.2017  11:46 

“Analiz verəndə 6 aylıq hamilə imiş...” - Məsuliyyətsizlik, yoxsa səhv diaqnoz?





A+  A-

Xəbər verdiyimiz kimi, Cəlilabadda talassemiya xəstəliyindən əziyyət çəkən cütlük analizin nəticələrinə görə Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunu ittiham edib. Belə ki, rayonun Uzuntəpə kəndində yaşayan Rüstəm və Səkinə Əzimovaların nikaha daxil olmaq üçün verdikləri qan analizinin nəticələri müsbət çıxsa da, sonradan ikinci müayinə zamanı onların talassemiya daşıyıcısı olduğu bildirilib. Bu səbəbdən də dünyaya gətirdikləri körpədə də talassemiya aşkarlanıb və ona hər həftə qan vurdurmaqla həyatda tuta bilirlər.
Bu arada bildirək ki, qan analizinin nəticələrinin səhv çıxması sosial şəbəkələrdə ciddi şəkildə müzakirə olunub. Millət vəkili Qənirə Paşayeva da məsələ ilə bağlı öz hesabında bunun ciddi araşdırılmalı məsələ olduğunu vurğulayıb: “İşində qeyri-peşəkarlığa, məsuliyyətsizliyə yol vermiş şəxslər mütləq cəzalandırılmalıdır. Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutu araşdırmaların nəticələri ilə bağlı qısa zamanda cəmiyyətə açıqlama verməlidir. Bu ciddi və narahatlıq doğuran bir məsələdir”.

XəzərNews.az bildirir ki, “Qafqazinfo” mövzu ilə bağlı Elmi Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun rəhbəri Zöhrə Əlimirzəyeva ilə əlaqə saxlayıb.

Onun sözlərinə görə, nikaha girən cütlüklər əmioğlu əmiqızıdırlar: ”Onlar 2014- cü ildə evləniblər. 2015- ci ildə isə nikaha daxil olublar. Nikaha girmək üçün analiz verəndə Səkinə Əzimova 6 aylıq hamilə imiş. Həmin dövrdə də perinatal müayinəni də aparmaq artıq gecdir. Bu yenə də hansısa səhv varsa, onu etməyə haqq qazandırmır.

Ancaq qeyd edim ki, müayinə aparatları Fransadan gətirilmiş ən yeni aparatladır. İndiyə kimi nikaha daxil olmaq üçün 300 mindən artıq insan müayinədən keçib. Bu aparatların səhv etmə ehtimalı sıfıra yaxındır.

Biz həmin ailəni təkrar müayinə üçün İnstituta dəvət etmişik. Cütlüklər İnstituta gəldikdən sonra onların nümunələri təkrar yoxlanılaraq araşdırma aparılacaq. Baxaq görək ki, burada hansı mərhələdə nə ola bilər. İnsan faktorudur. Bəlkə rayonda qan götürülərkən hansısa yanlışlığa yol veriblər. Təzə başlanan vaxtları olub. İndi isə nümunələr hamısı barikodlanır. Etiketləri artıq kompyuter oxuyur. Ondan sonra avtomatik olaraq cavablar analizlər verilən yerə göndərilir.
Bu bilərkdən olmuş səhv deyil. Heç kəs istəməz ki, belə bir şey olsun. Bizdə 105 ailədə 40-dan çox perinatal müayinə aparılıb. 8 uşaq xəstə çıxıb. Onlar tibbi yolla götürülüb. Digərləri doğulduqdan sonra təkrar yoxlanılıb, daşıyıcı olduqları müəyyən olunub”.

Xəbər 593 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”


BÜTÜN XƏBƏRLƏR +