AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


11.07.2017  15:24 

““Qəbələ”nin zəif cəhətlərindən istifadə edəcəyik”





A+  A-

"Azərbaycanda çempionat çoxdan bitsə də, "Qəbələ"nin Kiyev “Dinamo”su və “Ludoqorets”lə yoxlama oyunlarının videoyazısına baxmışam. Əlbəttə ki, rəqibimiz güclü komandadı. Ancaq biz onların zəif cəhətlərindən istifadə etməyə çalışacağıq".
XəzərNews.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində rəqibi olan "Yagellloniya"nın baş məşqçisi İreniuş Mamrot klubunun rəsmi saytına açıqlamasında bildirib.

Polşa klubunun 47 yaşlı yerli çalışdırıcısı təmsilçimizi yaxşı təhlil etdiklərini söyləyib: "Qəbələ” böyük büdcəyə və yaxşı futbolçulara sahib klubdur. Onlar yay fasiləsində 9 futbolçu transfer ediblər. Ancaq komandanı gücləndirməyə kifayət etmir. Çünki yeni futbolçuların komandaya uyğunlaşmaq üçün vaxta ehtiyacları var. "Qəbələ"nin yeni transferlərinin hamısı start heyətində meydana çıxsa, bizim üçün daha yaxşı olar. Çünki çox az müddət bir yerdə olublar və kollektivin formalaşması zaman tələb edir. Bu da bizə əlavə şans yaradır”.

Xəbər 1235 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +