Putin Pasxa atəşkəsi elan etdi
Azərbaycanlı Almaniyada sevgilisini öldürdü
Mebel fabrikinin fəaliyyəti dayandırıldı - Cəlilabadda
Polis 88 min manatlıq dələduzluq edən şəxsləri saxladı
Vüsal Həsənov Qənirə Ataşovanı ölümlə hədələyir - İddia
Ermənilər atəşkəsi yenə pozdu
Meyitlərin qulaqlarını kəsirdilər - Babayan
Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək


04.07.2017  16:19 

Sürücüdən şok açıqlama - “Əlavə sərnişinə görə 200 ödəyirdim”





A+  A-

ğBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Novruz Kərimovun icraatında olan prosesdə qəza zamanı vəfat edən tələbə İbrahim Quliyevin atası Vüqar Quliyev ifadə verib. N.Hüseynovun 6 ailənin həyatını məhv etdiyini deyib və ağlayaraq sürücünü söyüb:

“Ömrümə bir gün də qalsa, səni məhv edəcəyəm. Kasıblıqla övlad böyütmüşdük. Ondan sonra anası yataq xəstəsi oldu”.

Qəzada yaralanan tələbə A.Abbas deyib ki, hər gün maşına 20-25 tələbə minib.

Təqsirləndirilən Namiq Hüseynov deyib ki, həmişə tələbələrə xəbərdarlıq edib: “Deyirdim vaxtında gəlin, gecikməyin. Yolda da sakitliyə riayət etmirdilər. Maşında 14 oturacaq olur, amma əlavə oturacaqlar da quraşdırılıb. Olanları boynumdan ata bilmərəm, bəzi tələbələr ayaq üstə söhbət edə-edə gedirdilər”.

N.Hüseynov artıq sərnişin götürdüyü üçün Nəqliyyat Departamentinə aylıq 200 manat verdiyini deyib. N.Hüseynovun onu tanımayan vəkili Şirin Atayev başqa məhkəmə iclasında vəkil olduğunu deyərək çıxıb getmək istəyib. Hakim isə buna icazə verməyib.

N.Hüseynov vəkilindən imtina etdiyini deyib: “Bu vəkil ötən iclasda da yatmışdı. Görüşə də çağırdım, gəlmədi”. Vəkil Ş.Atayev də N.Hüseynovu müdafiə etmək istəmədiyini deyib. Lakin hakim tərəflərin istəyini nəzərə almayıb.

Xəbər 2046 dəfə oxunub.




19.04.2025  19:24 

Putin Pasxa atəşkəsi elan etdi

19.04.2025  09:26 

Ermənilər atəşkəsi yenə pozdu

18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +