Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur
“Nə komitədən, nə də səfirlikdən heç bir dəstək görməmişik...” – Diaspor rəhbəri


29.06.2017  14:08 

Milli Məclisin hansı komitəsi məhsuldar işlədi…





A+  A-

2017-ci ilin yaz sessiyasında Milli Məclisin ayrı-ayrı komitələrində müxtəlif qanun layihələri hazırlanıb, onların bir çoxu plenar iclaslarda müzakirəyə çıxarılaraq qəbul olunub. Amma Milli Məclisin komitələrinin hazırladığı, lakin qəbul edilməyən qanun layihələri də qalıb.
XəzərNews.az Milli Məclisin komitələrində hansı qanun layihələrinin yarımçıq qalması ilə bağlı sorğu keçirib.

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli həmişə olduğu kimi komitədə başladıqları qanunları hazırlayıb, axıra qədər çatdırdıqlarını vurğulayıb.
“Biz başladığımız qanunları axıra çatdırırıq. Amma hazırda bir neçə qanun layihəsi var ki, onun üzərində çalışırıq. Düşünürəm ki, xalqın mənafeyi, prezidentimizin istəyi və Azərbaycan reallıqları baxımından biz bundan sonra da yaxşı qanunlar ortaya çıxaracağıq”.

Deputat bildirib ki, komitədə payız sessiyasında da yeni qanun layihələri hazırlanacaq.

“Əgər zərurət yaranarsa, bir neçə qanunlara da əlavə və dəyişikliklər olacaq. Komitədə yeni qanunlar da hazırlana bilər”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli deyib ki, bu il onun üzvü olduğu komitələr çox məhsuldar işləyib.

“Yaz sessiyasında hər iki komitədə müəyyən qanunlara ciddi dəyişikliklər və əlavələr edildi. Bu sessiya ərzində Hüquq siyasəti və dövlət quruculuğu komitəsində "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi hazırlandı. Qanun layihəsi sabah parlementin növbədənkənar iclasında ikinci oxunuşda müzakirə ediləcək. Mən düşünürəm ki, biz bu qanun layihəsini payız sessiyasında tam qəbul edəcəyik. Bu qanuna ehtiyac 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumdan sonra yarandı və bizim komitə bu istiqamətdə tutarlı bir qanun layihəsi hazırladı. Digər istiqamətlər üzrə isə qanunlara dəyişikliklər edildi”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı deyib ki, bu il onun üzvü olduğu komitələrdə bir neçə yeni qanun layihəsi hazırlanıb.

“ Mən həm də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüyəm. Düşünürəm ki, yaz sessiyası ərzində deputatlarımız çox fəal işlədilər. Artıq "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi tam hazırlanaraq ikinci oxunuşa təqdim edilib. Deputatlarımızın çıxışlarından asılı olaraq, bu qanun sabah qəbul edilə bilər. Çünki adətən üçüncü oxunuş redaktə xarakteri daşıyır. Mən düşünürəm ki, qanun layihəsi mükəmməl hazırlanıb.
Həmçinin, Səhiyyə komitəsi də çox məhsuldar işlədi. Bir neçə qanunlara dəyişikliklər edildi və komitədə "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi tam olaraq hazırlandı”.

Milli Məclisin Elm və Təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, yaz sessiyasında “Məktəbəqədər təhsil haqqında” qanun qəbul edildi.

“Bu çox önəmli qanundur. Həmçinin, hazırda komitədə “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanır. Düşünürəm ki, biz həmin qanun layihəsini yaz sessiyasında təqdim edəcəyik. Yaz sessiyası ərzində bir neçə qanunlara da dəyişikliklər edildi. Ümumilikdə isə komitənin fəaliyyətini qənaətbəxş hesab edirəm”.

Xəbər 884 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +