Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb
“Çin Azərbaycanın mühüm ticarət tərəfdaşıdır“


24.06.2017  11:03 

Avtomobil kirayə verən şirkətlər “ölüm yayırlar”





A+  A-

Son zamanlar baş vermiş bir neçə yol qəzalarında avtomobillərin “Rent-a car”lara məsus olması diqqət çəkir.
Məsələn, bir ay öncə - mayın 21-də Hacıqabul rayonu ərazisində 5 tələbənin öldüyü hadisədə qəzaya uğrayan "Hyundai Accent" markalı avtomobil "Elşən Rent a Car" şirkətindən icarəyə götürülmüşdü. Müşahidələr göstərir ki, “Rent-a car”lar bəzi hallarda sürücülük vəsiqəsi olmayan şəxslərə də avtomobil icarəyə verirlər ki, bu da sonda faciələrə səbəb olur.

Bəs Azərbaycanda “Rent-a car”larla bağlı qanunvericilik varmı? Onlar hansı şərtlərlə avtomobilləri kirayə verirlər?

XəzərNews.az-ın xəbərinə görə, məsələ ilə bağlı avtomobil sahəsi üzrə ixtisaslaşmış “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı Modern.az-a bildirib ki, Azərbaycanda “Rent-a car”larla bağlı qanunvericilik yoxdur.

“Onlar özləri üçün müəyyən qaydalar tərtib ediblər. Amma onların əksəriyyəti məsuliyyətli və işə ciddi yanaşandır. “Rent-a car”ların əksəriyyəti srücülük vəsiqəsi olmayanlara avtomobil vermirlər. Amma bəzi şəxslər gedib onlardan başqa şəxsin sürücülük vəsiqəsi ilə avtomobil kirayə götürürlər. Keçən il bir məmur sürücü də bunu etmişdi. Polsilər onu saxladıqdan sonra məlum olub ki, həmin şəxs idarə etdiyi avtomobili “Rent-a car”dan götürüb. Həmin şəxs də avtomobili öz adına yox, dostunun adına kirayə götürmüşdü. Hətta sürücünün atası oğlunun əlindən o qədər bezmişdi ki, bütün “Rent-a car”lara onun şəklini təqdim edib ki, tapşırmışdı ki maşın verməsinlər”.

Ekspert deyib ki, elə “Rent-a car”lar da var ki, pula şirniklənib avtomobili sürücülük vəsiqəsi olmayan şəxsə təqdim edirlər.

“Bu da axırda faciəyə gətirib çıxarır. Sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili idarəetməyə görə verən “Rent-a car”lar, belə hallar aşkar olunduqda külli miqdarda cərimə edilə bilərlər. Əgər ölüm və digər hadisələr baş verərsə, cərimənim miqdarı daha da ağır olur. 3-5 min manat cərimə edilə bilərlər. Həmçinin, belə hallarda sığorta şirkətləri avtomobilin sığortası ilə bağlı üçüncü şəxs qarşısındakı öhdəliyi də yerinə yetirməyə bilər. Görünür ki, bəzi “Rent-a car” sahibləri nəyəsə güvənib belə addımlar atırlar”.

Müsahibimiz turistləırin ölkəmizə gəlişi ilə əlaqədar kirayə maşın götürənlərin sayının artdığını deyib.

“ Son vaxtlar ərəb turistlərinin ölkəmizə gəldiyi bir vaxtda bəzi sürücülərin şikayəti artıb. Belə ki, həmin şəxslər öz avtomobillərini “Rent-a car”lara, “Rent-a car”lar da ərəblərə kirayə verib. Ərəblər də son model “Prado” avtomobilini bir həftənin içərisində darmadağın ediblər. Daha sonra isə “Rent-a car”lar avtomobil sahibinə bəhanə ilə deyiblər ki, “sən avtomobili belə təhvil vermişdin, maşında nasazlıqlar vardı” və s. Ona görə də mən avtomobil sahiblərinə deyirəm ki, avtomobilinizi “Rent-a car”lara verərkən onlarla yüngül razılaşma aparmasınlar. Çünki probləmlər olan zaman “Rent-a car”lar həmin avtomobil sahiblərinə belə anlarda dəymiş ziyanı ödəmirlər. Ona görə də avtomobil sahibləri “Rent-a car”larla maşın icarəyə verərkən onlarla icarə müqaviləsi bağlasınlar”.

Xəbər 1285 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub

28.03.2024  01:25 

Oleq Babuyev vəfat edib

28.03.2024  00:05 

Namiq Abbasov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +