92,4 milyon manat ölkəyə necə qaytarıldı?
Daha üç məhkum həbsdə ölüb
Azərbaycanlı vəkil Evin zindanına KÖÇÜRÜLDÜ
İlham Əliyev Zelenski ilə görüşdü - FOTO
İmişlidə saxlanılan 14 nəfər həbs olundu
Novruz bayramında əfv olacaq?
Bu şirkətlər vətəndaşları ALDADIR
Bu evlər niyə sənədləşdirilməyəcək?
Şahin Mustafayev Əli Əkbər Əhmədian ilə görüşdü
“AZLOGİSTİK“ MMC-nin 40 min vergi borcu var


23.06.2017  13:43 

Reklam gəlirlərini büdcədən kimlər gizlədirmiş... - 500 milyon əvəzinə 50 milyon manat...





A+  A-

Prezident İlham Əliyev iyunun 20-də Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, həmin reklam daşıyıcıları üzərində yerləşdirilməsi nəzərdə tutulan reklamların istehsalı (hazırlanması) və yayımlanması sahəsində vahid tənzimləməni və nəzarəti təmin etmək məqsədilə “Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Dövlət Reklam Agentliyinin fəaliyyətinə Prezident tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən direktor rəhbərlik edir. Prezident Administrasiyası bu Fərmanda nəzərdə tutulmuş publik hüquqi şəxsin nizamnaməsinin layihəsini və təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barədə təkliflərini on beş gün müddətində hazırlayıb dövlət başçısına təqdim edəcək.
Prezidentin həmin gün imzaladığı Sərəncamla Aydın İbadov Dövlət Reklam Agentliyinin direktoru təyin edilib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, məhz Agentliyin yaradılması ilə bağlı ötən gün "Reklam haqqında" və "Dövlət rüsumu haqqında" qanunlara dəyişikliklərin edilməsi müzakirəyə çıxarılıb:

“Bu, reklam bazarının inkişafına xidmət edəcək. Bildiyini kimi, Azərbaycanda reklam sahəsində bir pərakəndəlik var. Ümumilikdə reklamın yerləşdirilməsi, dizaynı, dillə bağlı problemlər mövcuddur. Bütün bunların həlli isə qanun layihəsində öz əksini tapıb”.

Parlament üzvü deyib ki, reklam gəlirli sahə olmasına baxmayaraq, qarşıya qoyulan nəticələr əldə edilmir:
“Bakı şəhərində reklam bazarı faktiki olaraq Bakı şəhər İcra Hakimiyyətinin nəzarətində idi. İl ərzində dövlət büdcəsinə reklamdan 50-55 milyon manat daxil olurdu. Bizim hesablamalarımıza görə, dövlət büdcəsinə reklamdan 450-500 milyon manata yaxın olmalıdır. Göründüyü kimi, ortada ciddi çatışmazlıqlar var, gəlirlər təxminən 10 dəfə azdır”.

(modern.az)

Xəbər 2111 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?

22.01.2025  10:59 

Ruslar Nikolayev şəhərini vurdu

22.01.2025  10:20 

DİN əhaliyə MÜRACİƏT ETDİ

22.01.2025  09:59 

Didərgin ömür...

22.01.2025  09:00 

Sürücülərin nəzərinə!

22.01.2025  01:36 

Türkiyədə güclü zəlzələ oldu


BÜTÜN XƏBƏRLƏR +