Baş Nazirdən təhsillə bağlı yeni qərar
Nazirliyin 1 əməkdaşı koronavirusdan vəfat edib
Daha 2 sinif distant təhsilə keçdi
Bu gün 13 şagird koronavirusa yoluxub
Yoluxanların sayı azaldı
104 min uşaq məktəbəhazırlığa cəlb ediləcək
Sabah 33 dərəcə isti olacaq
İlk iclasın gündəliyinə 22 məsələ daxil edilib
Rezidenturaya qəbulda ixtisas seçimi bitir
Ermənistan atəşkəsi 61 dəfə pozub


20.06.2017  11:06 

Oliqarx-deputat Əsabil Qasımov iş adamını intihar həddinə çatdırıb





A+  A-

Sahibkar Rauf Sultanov: “Əsabil Qasımov bizdən 77 min dollarlıq armatur alıb, pulunu vermir, özümü yandıracam”
Azərbaycanda deputatların bizneslə məşğul olmaları rəsmən yasaqdır. Amma heç kimə sirr deyil ki, deputatların ölkə daxilində və xaricdə biznesləri var. Belə biznesmen-deputatlardan biri də İmişli rayonundan olan deputat Əsabil Qasımovdur. Onun sahibi olduğu “Karat Holdinq” ölkənin un bazarında əsas oyunçulardandır. Amma deputatın holdinqi təkcə un alveri ilə məşğul deyil, digər sahələrdə də çalışır. Belə sahələrdən biri də tikinti sektorudur.

Bugünlərdə deputatın sahib olduğu “Marin Plaza”nın qarşısında etiraz aksiyası keçirilib. Təkadamlıq aksiyanı təşkil edən Rauf Sultanov Əsabil Qasımovla görüş istəyib. Hotelin mühafizə xidmətinin əməkdaşları R.Sultanova deyiblər ki, Əsabil Qasımov onu həbs etdirəcək.

R.Sultanov deyib ki, Ə.Qasımovla görüşüb ondan özünə və yaxınlarına məxsus 77 min dollar borcu niyə ödəməməsinin səbəbini soruşmaq istəyib: “2011-ci ilə qədər onun ”Karat holdinq"ə Ukraynadan gətizdirdiyimiz armatur vermişik. 145 min dollarlıq armatura görə 68 min dollar ödəyib. Qalan hissəsini isə ödəməkdən yayınırlar. Tikinti işlərinə Əsabil Qasımovun bacısının əri Qərib və qardaşı Vüqar nəzarət ediblər. Pulumuzu tələb edirik, bizi həbslə hədələyirlər. “Marin Plaza”nın qarşısında təhlükəsizlik işçiləri dedilər ki, Əsabil müəllimin mövqeyi budur ki, bir də bura gəlsəz sizi Dövlət Təhlükəsizlik Xidməti həbs edəcək. Bu gün cibimdən ödədiyim pulu deputat Əsabil Qasımovdan tələb edirəm. Əgər verməyəcəksə, əmin olsun ki, özümü Prezident Administrasiyasının qarşısında ABŞ səfirliyinin və mətbuat nümayəndələrinin iştirakı ilə yandıracam. Mənim başıma bir iş gələrsə deputat Ə.Qasımov cavab verməli olacaq".

Deputat isə mətbuata açıqlamalarında bildirir ki, “Karat Holdinq”i oğlu idarə edir. Lakin holdinqin işinə bələd olanlar isə əksini söyləyirlər. Deyirlər ki, holdinqə Ə.Qasımovun özü rəhbərlik etməkdədir.

Məlumat üçün qeyd edək ki, holdinqin tərkibinə bir çox şirkətlər daxildir: Karat MTK, İdeal MMC, İzmir MMC (tikinti şirkətləri); Azinvest Tikinti Şirkəti; Everest-M, Şin Servis (armatur alqı-satqısı); Karmen MMC (dəyirman və un alğı-satqısı); Hökməlidə Makaron Fabriki; Hökməlidə Kisə Fabriki; ASTEL MMC (Məhəmmədi, Mehdiabad və Şamaxıda Quşçuluq Fabrikləri); Taxıl Anbarları və Dəyirman Kompleksləri (Şəkidə, Kürdəmirdə, Marneulidə və Gürcüstanın müxtəlif bölgələrində); Gəncə Fatoğlu (un dəyirmanı); Bakı şəhəri, Zərifə Əliyeva küçəsində 18 mərtəbəli iki Marina Plaza oteli; Zərifə Əliyeva küçəsində iki mərtəbəli restoran; Bakı şəhəri Səməd Vurğun küçəsində Ağ Saray Binası; Bakı şəhəri Xan Şuşinski küçəsi 12, İmran Qasımov küçəsi 16, Qulu Quliyev küçəsi 21, Süleyman Rüstəm küçəsi 61-də yerləşən 18 mərtəbəli dörd bina; İzmir küçəsi 7A və 7B-də yerləşən 19 mərtəbəli iki bina; Zərifə Əliyeva küçəsi 53-də yerləşən 23 mərtəbəli bir bina, Süleyman Rüstəm küçəsi 61-də yerləşən Premium Market və.s.

(musavat.com)

Xəbər 3140 dəfə oxunub.



25.09.2020  17:45 

Turun təyinatları açıqlandı

25.09.2020  15:43 

Yoluxanların sayı azaldı

25.09.2020  14:26 

Qanunsuz balıq ovlayan saxlanıldı

25.09.2020  14:11 

Norveç kralı xəstəxanalıq oldu

25.09.2020  13:54 

Sabah 33 dərəcə isti olacaq

25.09.2020  09:16 

Britaniyada rekord göstərici


BÜTÜN XƏBƏRLƏR +