Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


17.06.2017  15:19 

Masallının İcra başçısı və Abıyevlər arasında soyuq müharibə nələr vəd edir?





A+  A-

YAP Masallı rayon təşkilatının konfransında iştirakçılar nəyə təəccübləndi?Yaxud İcra hakimiyyəti və Abıyevlər arasında soyuq müharibə nələr vəd edir?
Ən azı 20-25 ildir ki, Abıyevlər ailəsi ən azından cənub bölgəsinin, xüsusən də Masallının ictimai və siyasi həyatına nüfuz edir.
İstədiyi adamı vəzifəyə gətirir, istədiyini vəzifədən çıxartdırır, məhkəmlərə çəkir, mülklərini əlindən alır, şantaj edir... və sairə.
2004-ci ilin avqustundan başlayaraq “Cənub xəbərləri” qəzeti “Uduzan Masallıdır” yazısı ilə bu tayfanın etdiklərini geniş miqyasda işıqlandırdı, məhkəmələrə düşdü, təzyiqlərə, hədələrə məruz qaldı.

Qəzənfər Ağayev 2006-cı ildə Masallıya icra başçısı gələndən sonra isə Abıyevlərə qarşı daha fərqli mübarizə başladı.
Belə ki, Viləş çayının sağ sahilində, keçmiş “Kitab Evi” adlanan binanın üzərində Əhəd Abıyevin Heydər Əliyev və İlham Əliyevlə bərabər qoyulan şəkili oradan götürüldü.
Abıyevlər sadəcə olaraq səlahiyyətlərini itirsə də, formal olaraq vəzifələrində qaldılar.

Bu mövzuda çox yazsaq da, qısaca onu deyək ki, Qəzənfər Ağayev Masallıdan gedərkən vəzifədə olan Abıyevlər elə hala gətirilmişdi ki, 1-ci müavin olmasına baxmayaraq ona tapşırıq verilmir, Nadir Abıyevə hətta salam verənlər arzu olunmayan şəxslər sırasına düşürdü. Necə deyərlər, onların fəaliyyəti, qeyri-rəsmi dondurulmuşdu.

Rafil Hüseynovun Masallıya İcra Başçısı postuna gələndən sonra vəziyyət bir qədər yüngülləşdi. Hamı ilə sülh, barışıq prinsipini rəhbər tutan yeni icra başçısı Rafil Hüseynov 1-ci müavin Nadir Abıyevin “blokada”sını ləğv edərək onu iclaslara dəvət etdi, bir sıra yerlərə onunla yanaşı getdi, qısası, tam da olmasa da onların fəallaşmasına yardımçı oldu.

Rafil Hüseynov yəqin gözləmirdi ki, “ölü” nöqtədən çıxartdığı Abıyevlər ona sədaqətsizlik edə.

Lakin bir müddət keçdikdən sonra vəziyyət dəyişdi.
Redaksiyaya sızan məlumatlara görə Abıyevlər köhnə şakərlərdən əl çəkməyərək Rafi Hüseynov üçün problemlər yaratmağa başladı. Kifayət qədər səbrli və tədbirli olan Rafil Hüseynov onların bir neçə kartını açmağa başladı.

Təxminən bir il öncə Digah məktəbində İcra Başçısının dilindən “Bəzi məmurlar pritonları himayə edir” kəlməsini işlətməsi bəzilərində qəribə şübhələr yaratdı. Daha sonra ortaya digər ifşaedici məlumatlar çıxdı.
Rəhbərliyin Abıyevlərə soyuqluğu ən azı hər addımda hiss edilirdi.

Qəzetimizin ötən sayında xəbər verdiyimiz kimi Abıyevlərin ən yaxın silahdaşlarından olan, şəhər bələdiyyəsinin sabiq sədri Nizami Alışovun H. Əliyev parkının cənub tərəfində yerləşən obyektinin qanunsuz olması barədə Ali Məhkəmənin qərarı bu sırada ciddi addımlardan oldu.

YAP Masallı Rayon təşkilatının ötən həftə keçirilən son konfransı da çox mətləblərə aydınlıq gətirdi. Belə ki, digər rayonlarda İHB-nin 1-ci müavinin YAP Rayon Təşkilatının sədri olsa da, Masallıda əksinə, 1-ci müavin Nadir Abiyev, eləcə də onun “telekom”a rəhbərlik edən qardaşı Səməd Abıyev heç bir tərkibə düşmədi. Belə ki, YAP Masallı Rayon Təşkilatının son konfransında nəinki 15 nəfərlik Rəyasət Heyətinin tərkibinə, heç 55 nəfərlik Şuranın tərkibinə də seçilmədi.

Eləcə də Qurtuluş Günü ilə bağlı verilən konsertdə, böyüklərin əyləşdiyi sırada Nadir Abıyev yox idi.


Bu “soyuq müharibə”nin necə nəticələnəcəyi hələlik bəlli deyil. Lakin Abıyevlərin açıq-aşkar oyundankənar vəziyyətə salındığı göz önündədir.



(cenubxeberleri.com)

Xəbər 1453 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq


BÜTÜN XƏBƏRLƏR +