Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


17.06.2017  12:48 

Yol polisindən sürücülərə MÜRACİƏT





A+  A-

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi “Formula 1" yarışının keçirilməsi ilə əlaqədar sürücülərə müraciət edib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov XəzərNews.az-a deyib ki, “Formula 1" yarışının keçirilməsi ilə əlaqədar son tamamlama işləri sürətlə aparılır.

Şöbə rəisi bildirib ki, hazırda paytaxtın “Azneft” dairəsindən Neftçilər prospekti ilə "Azadlıq" meydanı istiqamətində “Formula 1" yarışının keçirilməsi ilə əlaqədar qoyulmuş maneələrin üzərində müəyyən işlərin aparılması bu ərazidə hərəkətdə olan avtomobillərin intensivliyinə təsir edir:

"Belə ki, həmin ərazidə süni sıxlıq yaranır. Bununla əlaqədar Bakı Şəhər Dövlət Yol Polisi cənub tərəfdən şəhərə doğru hərəkət edən sürücülərə tövsiyə edir ki, bu ərazidə süni sıxlığın yaşanmamasi üçün alternativ yol kimi Bakı-Salyan yolunun 14-cü km-liyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisi istiqamətinə, yaxud 20-ci sahə dairəsindən dağüstü avtomobil yolu ilə Badamdar qəsəbəsi istiqamətinə, eyni zamanda Bayıl qəsəbəsindən isə Mikayıl Hüseynov küçəsindən hərəkət edərək Teymur Elçin və Parlament prospekti istiqamətinə hərəkət etsinlər. Bakı Şəhər Dövlət Yol Polisi bununla əlaqədar xahiş edir ki, sürücülər həmin ərazilərdə nizamlayıcı qismində olan yol polislərinin göstərdikləri istiqamətlər üzrə hərəkət etməyə üstünlük versinlər".

V.Əsədov deyib ki, qeyd edilənlərlə əlaqədar Bayraq Meydanı, “Dalğa Plaza”, eləcə də 20-ci sahədən və Bakı Üzgücülük Arenasının yanından istiqamətlər dəyişdirilib:

"Bu istiqamətlər üzrə hərəkət edən avtmobil sürücüləri unutmasınlar ki, Bakı-Salyan yolunun 14-cü km-liyindən, eyni zamanda 20-ci dairəsindən, Bakı Üzgücülük Arenasının yanından, Bayraq Meydanından və “Dalğa Plaza” kimi tanınan binanın yanından istiqamət dəyişdirilib. Ümumiyyətlə, tovsiyə edirik ki, sürücülər “Formula 1" yarışının keçirilməsi ilə əlaqədar Bakı Halqası üzrə tanınan ərazi üzrə - “Azneft” dairəsi, Neftçilər prospekti, “Azadlıq" meydanı, Puşkin küçəsi, Xaqani, Bülbül, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev, İstiqlaiyyət, Niyazi küçələri boyunca mümkün qədər şəxsi avtomobilərdən az istifadə edilsinlər".

Xəbər 1362 dəfə oxunub.




29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +