Orucun elmdə sübut olunmuş FAYDALARI
Zahid Oruc dövlət qurumlarını TƏNQİD ETDİ
ABŞ-ın Rusiyadakı səfiri Vaşinqtondadır
Daha bir avtobus “BakıKart”a keçdi
Koronavirusa yoluxma sayı 145 milyonu ötdü
Zəngilanın Nəcəflər kəndi - VİDEO
BMT rəsmisindən ABŞ-a “soyqırımı” dərsi
“Gürcüstan xəyanətkar davranış sərgiləyib”
Sağalanların sayı yoluxanları keçdi
DİN əhaliyə müraciət etdi


16.06.2017  12:02 

Hazırlıq kurslarına qəbul olan abutiriyentlər hərbi xidmətdən azad ediləcək?..





A+  A-

Parlamentin qəbul etdiyi və ali məktəblərə qəbul imtahanlarında müsabiqədən keçə bilməyən abituriyentlərin bir illik hazırlıq kurslarına cəlb edilməsini nəzərdə tutan qanun maraqlı məqamı gündəmə gətirib. Hazırlıq kurslarına cəlb ediləcək orta məktəb məzunlarının hərbi xidmət məsələsi necə tənzimlənəcək?
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə açıqlamasında bildirib ki, “Təhsil haqqında” qanuna edilən dəyişiklikdə ali məktəblərin hazırlıq kurslarına cəlb ediləcək orta məktəb məzunlarının hərbi xidmət məsələsinin necə tənzimlənəcəyi ilə bağlı hər hansı bir maddə yoxdur.
“Onlar universitetlərdə təhsil almırlar axı. Ona görə də bu kurslarda təhsil alacaq orta məktəb məzunlarının yaşı həqiqi hərbi xidmət keçməyə uyğun gəlirsə yəni, həmin məzunların 18 yaşı tamamdırsa, onlar həqiqi hərbi xidmətə gedəcəklər. Yox, əgər uyğun gəlmirsə, onda həqiqi hərbi xidmətə getmiyəcəklər”.

Hərbi ekspert Üzeyir Cəfərov deyib ki, yəqin ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliyə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) də rəyi alınıb.

“İndi ən böyük yük və çətinlik də məhz bu qurumun üzərinə düşəcək. Adi bir misal gətirmək istəyirəm. Tutaq ki, 20 min gənc oğlan SHXÇDX-nin yerlərdəki şöbələri tərəfindən əvvəlcədən tərtib edilmiş siyahılarda 2017-ci ilin oktyabr ayında həqiqi hərbi xidmətə gedəcək şəxslər kimi qeydiyyata alınıblar. Və 2017-ci ildə bu uşaqlardan müəyyən qismi ali məktəblərə qəbul olundular, yerdə qalanlar da gələn il ali təhsil almaq arzusunda olduqlarını bildirərək hazırlıq kurslarına yazıldılar. Bəs həqiqi hərbi xidmət borcunu yerinə yetirmək üçün o on minlərlə çağırışçı kontingenti necə və nəyin hesabına doldurulacaq? Onu da anlıyıram ki, indi durub deyə bilərlər ki, bizdə demoqrafik məsələdə hər hansı problem yoxdur və əsgəri borcunu yerinə yetirmək üçün kifayət qədər resurslarımız var. Onda ortalığa digər sual çıxır. Birdən-birə bu qanunun tətbiqi ortalığa hansısa boşluğu çıxara bilməzmi?”.

(modern.az)

Xəbər 1446 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.04.2021  13:46 

Sabah Bakıda güclü külək olacaq

23.04.2021  10:08 

Bayden sabah nə deyəcək?

22.04.2021  16:43 

DİN əhaliyə müraciət etdi


BÜTÜN XƏBƏRLƏR +