AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


13.06.2017  20:23 

Ronaldo məhkəməyə verildi - İddiaları qəbul etmir





A+  A-

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo vergidən yayınmaqda ittiham edilir.
XəzərNews.az BBC-yə istinadən xəbər verir ki, futbolçunun 2011-2014-cü illərdə 14,7 milyon avro vergidən yayındığı bildirilir. Ronaldo isə iddiaları qəbul etmir.

İddinamədə onun imic hüquqlarından əldə etdiyi gəlirləri vergidən gizlətdiyi qeyd edilib. Ronaldonun gəlirlərini ofşor hesablarda saxladığı bildirilir.

Futbolçu isə bütün iddialara “Gizlədəcək bir şeyi olmayan heç nədən qorxmaz” deyə cavab verib.

Qeyd edək ki, Kriştiano Ronaldo bu mövsüm 93 milyon avroluq gəliri ilə ən çox qazanan idmançı olub.

Xəbər 1533 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +