Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


12.06.2017  09:39 

Mühafizəçilərin davası ilə bağlı “Riyad”dan - Açıqlama





A+  A-

“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşının Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək oranın işçilərini zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.”
Bunu “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov XəzərNews.az-a açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur: “Əvvəla onu xüsusiylə diqqətinizə çatdırım ki, “Riyad” Mühafizə Xidməti fiziki və yaxud hüquqi şəxslə müqavilə imzalamazdan əvvəl mühafizə olunacaq daşınmaz əmlakın (obyektin) sənədlərinin qaydasında olmasını nəzərdən keçirir. O cümlədən adıçəkilən obyekt sahibi ilə bağlanılan müqavilə bu istiqamətdə həyata keçrilib. Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb. “Riyad” Mühafizə Xidməti ilə sahibkar arasında müqavilə 23 may 2017-ci il tarixində 1 illik müddətinə bağlanılıb. Müqavilədə mühafizə olunan ərazi isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” qeyri-yaşayış massivi göstərilib. Bu, belə olduğu təqdirdə, “Riyad” Mühafizə Xidmətinin əmkdaşları mühafizə etdiyi obyektin işçilərinə hücum etmiş olurlar və təbii ki, bu, məntiqsiz hesab olunur. Buradan da aydın görünür ki, ittihamlar əsassızdır.”

“Riyad” Mühafizə Xidmətinin mətbuat katibi onu da əlavə edib ki, əslində ziyan və zərər çəkən tərəf “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarıdır. Belə ki, mühafizəçilər deyil, əksinə mühafizəçilərə hücum olunub. Bunu da mətbuat katibi deyib:

“Təxminən 20 ilə yaxındır fəaliyyət göstərən “Riyad” Mühafizə Xidməti bu günə qədər mühafizəçilərin iş prinsipinə xüsusi diqqət yetirir. Mühafizəçilər işə götürülməzdən əvvəl fiziki sağlamlığı və psixoloji durumu diqqətdə saxlanılır. Onlar həm tibbi dispanserlər, həm də “Riyad” Mühafizə Xidmətinin ekspertləri tərəfindən yoxlanılaraq işə götürülür. Mühafizəçilərin şəxsi iş qovluqlarında mütləq şəkildə ruhi-əsəb dispanserindən və narkoloji dispanserdən arayışları yer alır. Yəni mühafizəçilərimiz hər hansı təxribata, xaos olacaq vəziyyətə hazırlıqlı olurlar. Bununla da nəzərinizə çatdırmaq istəyiəm ki, baş verən hadisədə zərərkən sahibkarlar yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlmasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb”.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Qeyd edək ki, "Riyad" MX-nin açıqlamasına baxmayaraq, artıq şirkətin davada iştirak edən 13 mühafizəçisi və həmçinin onlara bu sifarişi verən iş adamı Xanməmmədov Azadxan Allahqulu oğlu polis tərəfindən saxlanılıb.

Xəbər 931 dəfə oxunub.



29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib


BÜTÜN XƏBƏRLƏR +